İQTİSADİYYAT
“Çıraq Neft Layihəsi” çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaqdır
Bakı, 11 iyul (AZƏRTAC). “Çıraq Neft Layihəsi” çərçivəsində işlərin 70 faizi artıq başa çatdırılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Azfen” İstehsalat Birliyində görülən işlərlə tanışlığı zamanı demişdir.
R.Abdullayev bildirmişdir ki, layihə çərçivəsində “Çıraq” yatağında əlavə yeni platforma qurulacaq və neft hasilatına başlanacaqdır. Ümumi dəyəri 6 milyard dollar təşkil edən “Çıraq” neft layihəsi çərçivəsində 360 milyon barrel həcmində əlavə neft çıxarılacaqdır. Bu ilin sonunda “Çıraq” yatağında quraşdırılacaq platformanın dayaq bloku dənizdə nəzərdə tutulan yerdə, 2013-cü ilin aprelində isə platformanın üst hissəsi dənizə aparılaraq quraşdırılacaqdır.
“Çıraq Neft Layihəsi” çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaqdır. Platforma 48 quyudan eyni vaxtda neft hasil etməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]