ÇİRKLƏNMİŞ TORPAQLAR TƏMİZLƏNİR
Dünya Bankının maliyyələşdirəcəyi bu layihələri Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri və Dövlət Neft Şirkəti reallaşdıracaqlar.
Layihələr ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planına uyğun olaraq müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İlkin Kəngərli birinci layihə - Suraxanı rayonu ərazisində yod-brom istehsalı prosesində radioaktiv çirkəlnəməyə məruz qalmış kömür tullantılarının zərərsizləşdirilməsi- haqqında məlumat vermişdir.
İkinci - Bakıda bərk tullantıların idarə edilməsi sistemiəndə struktur dəyişikliyinin aparılması layihəsi barədə danışan İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı Fuad Əhmədov qeyd etmişdir ki, bu layihə bərk tullantıların toplanması istiqamətində Abşeron yarımadasında təkmilləşdirmə tədbirlərinin reallaşdırılmasına imkan verəcəkdir.
Dövlət Neft Şirkəti ekologiya idarəsinin müdiri Soltan Əliyev sonuncu layihədən söz açmış, neftlə çirklənmiş torpaqların geniş miqyasda təmizlənməsi üçün potensialın artırılması və prosedurların hazırlanması barədə danışmışdır.
Əlaqədar nazirliklərin nümayəndələri və Dünya Bankının mütəxəssisləri hər üç layihə ilə bağlı ətraflı fikir mübadiləsi aparmış, konkret təkliflər irəli sürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]