“CIDC 2023”ün qalibi elan olundu
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də "CIDC 2023" tədbirinin bağlanış mərasimində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev qaliblərə mükafatları təqdim edib.
AZƏRTAC xəbər verir ki, birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "YUEİP" komandası elan olunub. İkinci yeri "Azercell" şirkətinin "Cybercell" komandası tutub. Üçüncü yerdə isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin "Dəmir Yumruq" komandası qərarlaşıb.