RƏSMİ SƏNƏDLƏR
“CİNAYƏT FƏALİYYƏTİNDƏN ƏLDƏ EDİLƏN GƏLİRLƏRİN LEQALLAŞDIRILMASI, AŞKAR OLUNMASI, GÖTÜRÜLMƏSİ VƏ MÜSADİRƏ EDİLMƏSİ HAQQINDA” KONVENSİYANIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.1990-cı il noyabrın 8-də Strasburq şəhərində imzalanmış “Cinayət
fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması,
götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiya müvafiq
bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri
bu qanunun əslinə əlavə olunur) təsdiq edilsin.
II.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2003-cü il