Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında”Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında” 2006-cı il noyabrın 28-də Minsk şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin