Cinayətkar dəstə ifşa edilmişdir
Bakı, 16 iyul (AZƏRTAC). Cari il iyunun 17-dən 18-nə keçən gecə Xızı rayonunun ərazisindən keçən yüksək gərginlikli hava xəttindən 250 metr, iyunun 19-dan 20-nə keçən gecə isə 450 metr mis məftil naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cinayətkarların müəyyən edilib tutulması istiqamətində Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hava xətlərindən oğurluq etmiş Altay Abdullayev, Şamo Bağırov, Sərxan Əliyev, Ramin Şirinov, Rufan Cabbarov və İlkin Babayev iyunun 23-də gecə cinayət başında maddi sübutlarla birlikdə yaxalanmışlar.
Onların ətraflarında aparılan tədbirlər nəticəsində məlum olmuşdur ki, cinayətkar dəstə Xızı rayonundan başqa Abşeron, Qaradağ və Xəzər rayonlarının ərazilərindən də analoji cinayətlər törətmişlər.
Faktla əlaqədar cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]