Cinayətkarlar məsuliyyətə cəlb olunmuşlar
Bakı, 23 mart (AZƏRTAC). Martın 21-də Gürcüstan vətəndaşı Aftandil Poladaşvili qətlə yetirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qətli törətməkdə şübhəli bilinən Səyavuş Fərəcov Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Martın 21-də vətəndaş Rabil İbrahimova bıçaqla xəsarət yetirilmişdir.
Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Faiq Qarazadə saxlanılmışdır.
Martın 22-də isə Şəmkir şəhərində Anar Bəxtiyarov qısqanclıq zəminində həyat yoldaşı Pərvanə Bəxtiyarovaya bıçaqla xəsarət yetirmişdir. Hadisə nəticəsində xəsarət almış P.Bəxtiyarova xəstəxanaya yerləşdirilmişdir. Həkimlərin cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Hadisədən sonra A.Bəxtiyarov könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə gələrək təslim olmuşdur.
Hər üç faktla bağlı cinayət işi açılmışdır, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]