Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Coğrafiya İnstitutunun alimləri iqlim dəyişiklikləri ilə bağlı tədqiqatlar aparırlar

Coğrafiya İnstitutunun alimləri iqlim dəyişiklikləri ilə bağlı tədqiqatlar aparırlar

Bakı, 10 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

İqlim dəyişmələri müasir dövrdə cəmiyyəti narahat edən ən mühüm problemlərdən biridir. Hazırda ölkəmizdə temperaturun və yağıntının dəyişməsi prosesi öyrənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov AZƏRTAC-a müsahibəsində bu institutda müvafiq istiqamətdə aparılan tədqiqatlar barədə məlumat verib.

Bildirib ki, kompleks təhlilləri ehtiva edən araşdırmalarda həm geoloji, həm də tarixi dövrlərin iqlim dəyişmələri nəzərə alınır. Geoloji dövrdəki dəyişmələrə uzun müddət ərzində baş verən dəyişikliklər aid olunur. Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə meyilliliyinin dəyişməsi, Yerlə Günəş arasında məsafənin azalması və ya çoxalması, atmosferin ümumi sirkulyasiyasında dəyişiklik bu qəbildəndir. Bütün bunlar qlobal iqlim dəyişikliyinə gətirib çıxarır. Tədqiqatlarda iqlim dəyişmələrinin antropogen və təbii amillərinin təsiri ətraflı təhlil edilir. Təbii amillərə əvvəl qeyd edilən amillər və kütləvi vulkan püskürmələri aiddir. Kütləvi vulkan püskürmələri zamanı atmosferə böyük miqdarda toz daxil olur ki, onlar yerə düşən Günəş şüalarının qarşısını ala bilir və Yerdə böyük ərazilərdə temperaturun soyumasına gətirib çıxarır. Bunlar son nəticədə buzlaşmalarla nəticələnə bilir. Bu, vulkanların iqlim dəyişmələrinə ən böyük təsiridir.

Son dövrlərdə iqlimin dəyişməsinə antropogen amillərin - insan fəaliyyətinin böyük təsir etdiyini deyən alim bildirib ki, iqlim dəyişmələri havanın orta temperaturunun yüksəlməsində, atmosfer yağıntılarının miqdarının azalmasında, dünya okeanı səviyyəsinin yüksəlməsində və suyun temperaturunun qalxmasında, təbii fəlakətlərin sayının və intensivliyinin artmasında özünü aydın şəkildə büruzə verir. Xüsusilə son 150 ildə Yer kürəsində sənayeləşmənin sürətlə artması iqlim dəyişmələrinə antropogen təsirin ən bariz nümunəsidir. Sənayeləşmənin yüksəlməsi atmosferə atılan qazların miqdarının artmasına səbəb olur. Nəticədə Yer Günəşdən böyük miqdarda istilik alır, lakin onu atmosferə ötürə bilmir. Buna səbəb həmin karbon, kükürd və digər qazların atmosferin aşağı qatında - troposferdə müəyyən bir təbəqə yaratmasıdır. Həmin təbəqəyə elmdə “istixana effekti” deyilir. Bu zaman yer aldığı istiliyi atmosferə ötürərkən həmin təbəqənin təsirilə istilik yenidən yerə doğru qayıdır və bu, atmosferdə temperaturun yüksəlməsinə səbəb olur. Temperaturun yüksəlməsi, ilk növbədə, yer səthindən buxarlanmanın çoxalması ilə nəticələnir. Buxarlanma çoxalırsa, torpağın əkin qatı quruyur və rütubət çatışmazlığı yaranır. Rütubət çatışmazlığı isə öz növbəsində məhsuldarlığın aşağı düşməsinə və ərzaq məhsullarının azalmasına səbəb olan amildir. Sənayenin sürətlə inkişafı parnik qazlarının qlobal miqyasda artması ilə nəticələnib. Bu da iqlim dəyişikliyinə səbəb ola bilər.

M.Həsənov bu prosesə qarşı görülən tədbirlər barədə də məlumat verib. Xatırladıb ki, BMT tərəfindən iqlim dəyişmələri üzrə Beynəlxalq Hökumətlərarası Ekspert Qrupu yaradılıb. Qrupun son məlumatına görə, 1880-ci ildən 2015-ci ilədək, təqribən 125-130 il ərzində Yer kürəsinin ümumi temperaturu 1 dərəcəyədək yüksəlib. Bu, ilk baxışda kiçik rəqəm olsa da, bunun səbəb olduğu dəyişikliklər özünü aşkar göstərir. Yer kürəsində orta temperatur bir qədər də, yəni daha 2-3 dərəcə yüksələrsə, onda planetdə çox böyük dəyişikliklər baş verə bilər.

“BMT-nin iqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasına və Kioto protokoluna əsasən dünya ölkələri atmosferə atılan karbon qazının - zərərli qazların miqdarını ən azı 1992-ci il səviyyəsinə endirməli və o səviyyədə saxlamalıdırlar ki, dünyada havanın temperaturunun yüksəlməsinin qarşısı alınsın. Bu protokol əslində 2012-ci ilədək yerinə yetirilməli idi. Lakin hələ də öz həllini tapmayıb. 2010-cu ilə nisbətən 2030-cu ildə atmosferə atılan karbon qazının miqdarının 45 faiz azaldılması tələb olunur ki, iqlim şəraiti heç olmasa indiki səviyyədə qalsın”, - deyə alim bildirib.

M.Məhərrəmovun sözlərinə görə, iqlimin dəyişməsi bütün dünyanın problemi olduğu üçün Azərbaycanda da müşahidə edilir. İnstitutda aparılan araşdırmaların nəticələrinə görə, son on ildə ölkəmizdə həm temperaturun yüksəlməsi, həm də yağıntıların azalması qeydə alınır. Bu, düzənlik və dağlıq əraziyə malik Azərbaycanda hündürlük qurşaqlarının sərhədlərinin dəyişməsi ilə nəticələnə bilər. Məsələn, meşələrin aşağı sərhədi yuxarı qalxa bilər, əkin sahələrinin müəyyən qədər su ilə təmin olunması zəifləyə bilər. Bunlara qarşı yalnız Azərbaycanda deyil, bütün dünyada adaptasiya tədbirləri həyata keçirilməlidir. Adaptasiya tədbirlərinə, ilk növbədə, atmosferin çirklənməsinin qarşısının alınması, meşə sahələrinin mühafizəsi, süni meşələrin salınması prosesləri aiddir. Bu işlər indiki dövrdə aparılmasa, gələcəkdə bu proses daha da çətinləşəcək və bəlkə də qeyri-mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur