Azərbaycan Dövlət İnformasiya Agentliyi

Con Varney: Musiqi bir kainatdırsa, Azərbaycan musiqisi onun daxilində zəngin qalaktikadır

Kanberra, 22 avqust, AZƏRTAC

Əgər musiqi bir kainatdırsa, Azərbaycan musiqisi özünün bütün janrları və variantları ilə onun daxilində zəngin qalaktikadır.

Bu sözləri AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində tanınmış musiqiçi və tar ifaçısı Con Varley deyib.

Azərbaycan musiqisinin heyranı olduğunu vurğulayan avstraliyalı musiqiçi qədim Azərbaycan torpağı olan Qarabağa səfər etməyi və Şuşada milli musiqimizi ifa etməyi arzuladığını bildirib.

Müsahibəni oxucularımıza təqdim edirik.

- Hörmətli Con Varney, zəhmət olmasa, əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verin.

- Mən Avstraliyanın Brisben şəhərində yaşayıram və kontrabasda ifa üzrə ixtisaslaşaraq, simli alətlərdə ifanın pedaqogikasını öyrənmişəm. Bu sahənin peşəkarlarından biri kimi tanınıram. Kontrabasda ifanı İtaliyanın çox məşhur ifaçılarından öyrəndikdən sonra altı il Cənubi Amerikada, Kolumbiyada işləmişəm. Bundan sonra Avstraliyaya qayıdaraq ixtisasım üzrə çalışıram.

- Azərbaycan musiqisinə və tarına maraq sizdə necə yarandı? Sizin ailəniz buna necə reaksiya verdi?

- Mən dünya xalqlarının musiqisinə həmişə böyük maraq göstərmişəm, Latın Amerikası, türk, fars və hind musiqisini ifa etmişəm. 2018-ci ildə Azərbaycana ilk səfərim zamanı musiqi pedaqoqlarının konfransına qatılmaqla yanaşı, axşam saatlarında Azərbaycan musiqisindən ibarət konsertə də qatılmışdım. Həmin konsertdə populyar xalq mahnıları, köklü şəkildə Azərbaycan janrında improvizə edilmiş klassik musiqi, muğam və hətta caza belə qulaq asmışdım. Müxtəlif musiqi janrlarının yaratdığı güclü təsir, bu musiqinin dərinliyi və genişliyi sözün həqiqi mənasında məni valeh etdi. Burada Qərbi Avropa, rus, fars, türk musiqiləri, muğam, bununla yanaşı, milli geyimdə olan rəqqasların təqdim etdiyi rəqslər vəhdət təşkil etmişdi. Bu əsrarəngiz ölkənin musiqisini öyrənmək məqsədilə Brisbenə qayıtmazdan əvvəl özümə bir tar aldım. Bu nadir Azərbaycan musiqi alətində ifanı isə yutub kanalındakı çarxlardan öyrənməyə başladım. Lakin bütün cəhdlərə baxmayaraq, böyük uğur qazana bilmədim. Həmin ilin dekabrında Bakıya qayıdaraq, yerli müəllimdən beş həftə ərzində tarda ifanın sirlərinə yiyələndim. İlk olaraq “Bayatı-Şiraz” muğamını və “Sarı gəlin” mahnısını ifa etməyi öyrəndim. Avstraliyaya qayıtdıqdan sonra həmin musiqi nömrələrini yaddaşım əsasında ifa etmək üçün inamla çalışdım. Ailəmə gəlincə isə, onlar mənim bu istəyimə böyük maraqla yanaşaraq, böyük dəstək göstərdi.

- Siz Avstraliyada Azərbaycan tarının və musiqisinin ustad ifaçısı kimi tanınırsınız. Azərbaycanda təşkil edilən müxtəlif tədbirlərdə, konsertlərdə çıxışlarınız tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Bəs tarda ifa Avstraliyada necə qarşılanır?

- Əgər məni ustad ifaçı adlandırırsınızsa, bu sizin tərəfinizdən mənim bacarığıma verilən çox yüksək qiymətdir. Mən isə özümü bu sahəni yeni öyrənməyə başlayan həvəskar hesab edirəm. Mənim əsas alətim kontrabas olduğuna görə, Azərbaycan musiqisini əsasən bu alətdə ifa edirəm. Tarda isə xüsusi tədbirlərdə, kiçik kampaniya qarşısında ifa edirəm. Bunun səbəbi isə həmin musiqi alətinin Avstraliyada çox da tanınmaması ilə bağlıdır. Həmçinin düşünürəm ki, Azərbaycan musiqisini anlamaq istəyirsinizsə, onda mütləq bu musiqini milli alətdə ifa edilərkən dinləməlisiniz.

- Dediyiniz kimi, tarda ifanı öyrənmək məqsədilə Azərbaycana getmisiniz. Zəhmət olmasa, müəlliminiz haqqında da məlumat verərdiniz.

- Tarda ifanı mənə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədov öyrədib. Mən onu müəllimim olmaqla yanaşı, virtuoz bir ifaçı kimi də tanıyıram. Belə ki, o, öz sevimli tarı ilə bir çox xarici ölkələrdə təşkil edilən konsertlərdə uğurla çıxış edib. Biz onunla həm onlayn formatda əlaqə saxlayırıq, həm də Azərbaycana hər səfərim zamanı mütləq görüşürük. İşinin çoxluğuna baxmayaraq, o, hər dəfə mənim üçün vaxt ayırır və mən buna görə ona çox minnətdaram. Səxavət müəllim mənə tarda ifa ilə yanaşı, Azərbaycan dilini öyrənməkdə də yaxından kömək edib.

- Bakıda olarkən yerli telekanala müsahibə zamanı siz Qarabağ, bu qədim Azərbaycan torpağı barədə də fikir bildirmisiniz. Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşaya səfər etsəniz orada hansı musiqi nömrəsini ifa edərdiniz?

- Bakıya səfərlərimin birində mən özümə üzərində “Qarabağ Azərbaycandır!” sözləri yazılmış köynək almışam. Onu geyinməyi çox sevirəm. Azərbaycanlı dostlarımla bir yerə toplaşanda da biz birlikdə bu şüarı səsləndirməyi çox sevirik - Qarabağ Azərbaycandır!

Qarabağa getmək arzumu isə müəllimim Səxavət Məmmədova çoxdan demişəm və ilk imkan yaranan kimi böyük məmnuniyyətlə həmin əraziyə səfər etmək istəyirəm. Bu mənim Azərbaycan ilə əlaqəli ən böyük arzularımdan biridir. Şuşada isə “Sarı gəlin” mahnısını ifa etməyi düşünürəm.

- Azərbaycan musiqisini öyrənmək çətindirmi? Əsasən hansı mahnıları bəyənirsiniz?

- İstənilən musiqini peşəkar səviyyədə öyrənmək böyük zəhmət tələb edir. Düşünürəm ki, mənim Azərbaycan musiqisi barədə bildiklərim hazırda minimum səviyyədədir. Mən deyərdim ki, musiqi bir kainat qədər sonsuzdur və onu tamamilə anlamaq mümkün deyil. Bu mənada Azərbaycan musiqisi özünü bütün janrları və variantları ilə bir nəhəng qalaktikanı xatırladır. Mən muğamı ifa etməyə bacarsam da, bu heç də mənim onun tamamilə başa düşməyim anlamına gəlməməlidir. Fikrimcə, mən Azərbaycan musiqisini tam anlamaq üçün bu gözəl ölkədə azı bir neçə il yaşamalı və tanınmış ustadlardan dərs almalıyam. Mən buna əminəm.

Qeyd etdiyim kimi mənim əsas ifa etdiyim alət kontrabasdır və bu məndən həmin alətlə daha ciddi məşğul olmağımı və ifamı təkmilləşdirmək üçün daha uzun müddət məşq etməyi tələb edir.

Doğrusunu deyim ki, mənim xüsusi sevgi ilə yanaşdığım mahnı çoxdur, çünki mən Azərbaycan musiqisini bütün spektrləri ilə sevirəm. Məsələn, mənim “Görüş” filmindəki “Arzular” mahnısı üçün kontrabasda aranjirovkam tamaşaçılar tərəfindən həmişə sürəkli alqışlarla qarşılanır.

- Cari ilin mayında Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tədbirdə milli musiqi nümunələrini ifa etmisiniz. Zəhmət olmasa, bu tədbir, orada ifanız haqqında məlumat verin.

- Brisbendə yaşayan Azərbaycan icması üzvlərinin sayının az olmasına baxmayaraq, cari ilin mayında Müstəqillik Günü ilə bağlı bir yerə toplaşaraq bu böyük bayramı qeyd etmək hamı üçün çox sevindirici oldu. Tədbir zamanı mən “Bayatı-Şiraz” muğamını, “Sarı gəlin” mahnısını və bir neçə digər əsəri ifa etdim. İştirakçılar mənim bu ifamı böyük maraq və sürəkli alqışlarla qarşıladılar. Mən bu diqqəti və hörməti həqiqətən də çox yüksək qiymətləndirirəm.

- Bəs Avstraliyada Azərbaycan musiqi alətlərində ifa etmək istəyənlər, tarda ifanı öyrətdiyiniz tələbələr varmı? Xahiş edirəm, bu barədə mənə məlumat verin.

- Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Avstraliyada Azərbaycan musiqisinin öyrənilməsi hazırda özünün ilkin mərhələsini yaşayır. Buna görə də bu musiqi barədə məlumat əldə etmək, milli musiqi alətlərində ifanı öyrənmək istəyənlərin sayı çox azdır. Digər tərəfdən Avstraliyada Azərbaycan musiqisini təbliğ edən, milli musiqi alətlərini təqdim edən elə bir mərkəz də yoxdur. Amma düşünürəm ki, zaman keçdikcə bu istiqamətdə dəyişikliklər baş verəcək və şəxsən mən buna yardım etmək üçün əlimdən gələni etməyə hazıram.

- Gələcək fəaliyyət və konsertlər haqqında planlarınızı bilmək maraqlı olardı.

- Avstraliyada Azərbaycanı yaxşı tanımadıqlarına görə mən öz fəaliyyətimi ilk növbədə sizin ölkəniz haqda məlumatların daha geniş kontekstdə yayılması istiqamətində qurmağa çalışıram. Bu məqsədlə cari ilin sonlarında “Daxili dənizlərin musiqisi” adlı konsert proqramı ilə çıxış etməyi planlaşdırıram. Həmin konsert zamanı Xəzər, Qara və Aralıq dənizlərinin sahillərində yaşayan xalqların - Türkiyə, Gürcüstan, Qazaxıstan, İran, İtaliya və digər ölkələrin musiqi nömrələrini tamaşaçılara təqdim edəcəyik. Təbii ki, həmin konsertdə Azərbaycan musiqisinə də xüsusi yer ayrılacaq.

Bununla yanaşı, mən Azərbaycandan özümlə gətirdiyim milli musiqi haqda əsərləri də öyrənməyə çalışıram. Düşünürəm ki, həmin kitablar sizin zəngin musiqi mədəniyyətiniz haqda biliklərimi artırmaqla yanaşı, onun Avstraliyada təbliği işinə də yardım edəcək.

-Maraqlı müsahibəyə və Azərbaycan musiqisinə bəslədiyiniz böyük məhəbbətə görə çox sağ olun.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ