CORC BUŞ QARDAŞINI ÖZ VARİSİ KİMİ GÖRÜR
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, Corc Buşun fikrincə, qardaşı Ceb Buş ABŞ-a yaxşı prezidentlik edə bilər. O demişdir: “İstərdim ki, Ceb nə vaxtsa prezidentliyə namizədliyini irəli sürsün. Lakin onun belə bir niyyətinin olub-olmadığını bilmirəm. Mən qardaşımla fəxr edirəm. O, çox ləyaqətli insandır”.
Xatırladaq ki, 53 yaşlı Ceb Buş Florida ştatının qubernatorudur. 2007-ci ildə onun bu vəzifədə olmasının ikinci müddəti başa çatır. O, dəfələrlə bəyan etmişdir ki, 2008-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəkdir.
Sabiq prezident, ata Corc Buş oğlu Cebi Ağ evin başçısı kimi görmək arzusunu hələ ötən il bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [16:00]
Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər
- 17.11.2026 [15:56]
Efiopiya və Sudan arasında qarşılıqlı ittihamlar gərginliyi artırır
- 17.11.2026 [15:31]
Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb
- 17.11.2026 [14:58]