Culfa rayonunda yeni qoz bağı salınıb
Culfa, 12 aprel, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunun ucqar dağ kəndi olan Gal kəndində yeni qoz bağı salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bağ üçün ayrılmış ərazidə əvvəlcədən hazırlıq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarma tədbirləri görülüb. 1 hektarlıq sahədə salınan bağda 100-dən çox qoz tingi əkilib.
Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın digər rayonlarında olduğu kimi, Culfada da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Rayonda ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır, relyef və iqlim şəraitinə uyğun meyvə ağacları əkilir, yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayonun Ləkətağ, Boyəhməd, Teyvaz, Gal, Şurud, Milax kəndlərində, Gədik meşələrində qoz bağları çoxdur. Kəndlərdə sakinlər qoz ağaclarını şəxsi bağlarında yetişdirməklə yanaşı, artıq yol kənarlarında da əkirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [20:58]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [20:05]