Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dadı-tamı ilə seçilən Nehrəm qarpızı REPORTAJ

Naxçıvan, 8 avqust, AZƏRTAC

Qədim Naxçıvan diyarı zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, həm də təbiətin bu torpağa bəxş etdiyi əvəzolunmaz nemətləri ilə məşhurdur. Muxtar respublikanın özünəməxsus dadlı meyvələri, bostan bitkiləri Azərbaycanda, eləcə də xarici ölkələrdə şöhrət qazanıb. Bu gün ölkə bazarlarında Naxçıvan duzu, göycəsi, Ordubad limonu, əriyi, Üstüpü kələmi, Bənəniyar üzümü, Şahtaxtı tutma qovunu və saymaqla bitməyən onlarla belə kənd təsərrüfatı məhsulu alıcıların tələbatının yüksək olduğu nemətlər sırasındadır.

Naxçıvanda qarpız deyəndə, ağıla ilk gələn Nehrəm qarpızı olur

Babək rayonunun Nehrəm kəndində yetişdirilən qarpız özünün dadı-tamı ilə seçilir. Sərinlik gətirən, müalicəvi əhəmiyyəti olan qarpız Nehrəm əkinçiləri üçün həm də qazanc mənbəyidir.

Erkən yazda nehrəmlilər bu nemətin ərsəyə gətirilməsi üçün sahələrə çıxır, böyük zəhmət sərf edirlər. Elə ailələr var ki, mövsümdə bostan bitkilərindən əldə etdikləri qazanc hesabına yeni ev tikir, avtomobil alır, bir sözlə, gün-güzəranını torpağa bağlamaqla ondan bəhrələnirlər. Artıq Babək rayonunun Yarımca, Araz, Hacıvar kimi kəndlərində də qarpız əkininə geniş yer verilir. İndi Naxçıvan-Culfa magistralı boyu, daha dəqiq desək, “Pircüvar düzü”ndə torpaq mülkiyyətçilərinə addımbaşı rast gəlmək mümkündür. Əkinlərin, xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır. Ona görə də Nehrəm kəndinin 2700 hektar torpaq sahəsinin 350 hektardan çoxunu bostan sahələri təşkil edir.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı sahələrdə olub, fermerlərlə görüşüb.

İlk müsahibimiz olan Asəf Məmmədov bu il 4 hektar sahədə qarpız əkib. O, bildirir ki, əvvəllər Nehrəm qarpızı iyul-avqust aylarında bazara çıxarılırdısa, indi bir çox dərdlərin dərmanı olan bu bostan məhsulu iyun ayından etibarən piştaxtaların bəzəyinə çevrilib. İlk olaraq insanda bu fikir yaranır ki, onun tez ərsəyə gəlməsinə gübrə və istixana amili təsir edir. Lakin heç də belə deyil. Səbəb odur ki, əkinə tez başlanılır və şırımlara çəkilən örtüyün üzərinə düşən günəş şüaları tağların tez böyüməsinə səbəb olur.

Digər torpaq mülkiyyətçisi Nemət Əsədov qeyd edir ki, ailənin illik ruzisini məhz qarpızdan əldə edir. Buna görə də indi ailə üzvləri ilə birlikdə sahələrdə qarpız əkini həyata keçirib. Onun sözlərinə görə, toxumları martın sonu - aprelin əvvəllərində torpağa basdırmaq lazımdır. Həm də qarpızı harada gəldi əkmək olmaz. Gərək ya köhnə yonca yerinə əkəsən, ya da ən azı iki il dincə qoyulmuş xam torpaq sahəsinə. Məhsul yetişənədək 3-5 dəfə bol su vermək lazımdır. Qarpız susevən bostan bitkisidir. Onun dediyinə görə, əvvəllər su sarıdan bir sıra problemlərlə qarşılaşsalar da, indi bunlar tamamilə aradan qaldırılıb. Su cəhətdən heç bir çətinlik çəkmirlər. Texnika ilə təchizat da yetərincədir. Yetişdirilmiş məhsulun satışına da hərtərəfli şərait yaradılıb. O da ailəsi ilə birlikdə bu imkanlardan səmərəli istifadə edir.

Məlumat üçün deyək ki, qarpızı istixana üsulu ilə yetişdirmək daha əlverişlidir. Belə olan halda, kollar yaxşı inkişaf edir. Bundan əlavə, “ərəzən qarpızı” da var ki, onu yetişdirmək üçün istixanaya gərək yoxdur. Elə torpağa salınan toxumlara yaxşı qulluq edildikdə, iyulun sonları yaxşı bar verir. Belə qarpızın qabığı daha nazik olur.

Yaxşı qarpız seçmək üçün nəyə fikir verməliyik

Culfa-Babək magistral yolunun üstündə sıra ilə düzülən bostan məhsulları içərisində Nehrəm qarpızı göz oxşayır. Yol kənarında olarkən daha bir neçə torpaq mülkiyyətçisi ilə həmsöhbət oluruq. Hər kəs də Nehrəm qarpızının dad-tamını torpağın münbitliyi, havasının və suyunun təmiz olması, bir də ki, ona göstərilən qayğı ilə əlaqələndirir.

Nehrəmli təsərrüfatçı Elnur Süleymanovdan “Yaxşı qarpız seçmək üçün nəyə fikir verməliyik?” deyə soruşuram. Həmsöhbətimiz deyir ki, qarpız alanda böyüyünü seçsəniz yaxşıdır, ancaq çox da iri çəkidə olmamalıdır. Qarpız nə qədər böyük və yüngül olarsa, bir o qədər də dəymiş hesab edilir. Yaxşı qarpızın çəkisi, təxminən 8-10 kiloqram olmalıdır. Yetişmiş qarpızın qabığının möhkəm və parlaq olması şərtdir. Həmçinin qarpız seçərkən onun qabığını sürtüb iyləmək olar. Əgər bu zaman yeni kəsilmiş ot qoxusu gələrsə, demək ki, qarpız kaldır, hələ tam yetişməyib. Yetişmiş qarpıza əl ilə vurduqda, o, yay kimi əyilib əlinizi əks etdirməlidir. Əgər dəymiş qarpıza qulağınızı söykəyib vursanız, o zaman təmiz, cingiltili səs eşitməlisiniz.

Nehrəm qarpızı min bir dərdin dərmanıdır

Məlumdur ki, qarpız şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Bu bostan məhsulu olduqca müalicəvi əhəmiyyətə malikdir. Qarpızın qan təzyiqinin və ürək funksiyasının yaxşılaşdırılmasına kömək etdiyini, bundan əlavə, xərçəng xəstəliklərinə qarşı da qoruyucu təsirə malik olduğunu bildirən Naxçıvan Muxtar Respublika Xəstəxanasının şöbə müdiri Ramidə Bağırova bizimlə söhbətində dedi ki, qarpızın orqanizmi təmizləyici xüsusiyyəti də var. Çünki tərkibinin 95 faizi sudur. Ona görə də böyrəkləri yaxşı işlədir, daş və duzları təmizləyir. Bu giləmeyvədə bol B, C vitamini və antioksidant ehtiyatı var. Onda olan likopen maddəsi qan təzyiqini nizamlayır. Tərkibində olan yüksək kalium və beta karoten maddəsi sayəsində ürəyin infarkt xəstəliyindən qorunmasında əvəzsiz təsirə malikdir. Qarpız tam mənası ilə bir şəfa mənbəyidir.

Həkim artıq çəki problemi olanlara da bol qarpız yemələrini məsləhət görür. Deyir ki, qarpızı, əsasən, yeməkdən sonra qəbul edirik. Lakin bu, doğru deyil. Qarpızı ac ikən yemək ondan maksimum şəkildə faydalanmağı təmin edir. Bu səbəblə qarpızın yeməkdən əvvəl yeyilməsi daha düzgündür.

Bəli, dadı və faydaları ilə hər birimizin süfrəsində məxsusi yeri olan Nehrəm qarpızı indi ən çox alınan kənd təsərrüfatı məhsulları sırasındadır. Nehrəmli təsərrüfat sahibləri də yerli bitki sortlarımızın bir nümunəsi olan bu bitkinin genofondunun qorunmasına, əhalinin belə yerli məhsullara olan tələbatının ödənilməsinə öz töhfələrini verməyə çalışırlar.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO