DAĞISTANDA 4 SİLAHLI ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Dağıstanın Serqokalinsk rayonunda keçirilən xüsusi əməliyyat zamanı Katırkənd yaxınlığındakı meşə massivində içərisində silahlı adamlar olan avtomaşın saxlanılmışdır. Milis işçilərinin sənədlərini təqdim etmək barədə xahişi müqabilində onlara güclü atəş açılmışdır. Atışma nəticəsində avtomobildəki 4 silahlı öldürülmüşdür. Onlardan AK markalı 2 avtomat, avtomat tüfəng, əl qumbarası və xeyli döyüş sursatı götürülmüşdür. Banditlərin şəxsiyyətini müəyyənləşdirmək istiqamətində iş aparılır.
Dağıstandan alınan digər məlumatda isə deyilir ki, Qarabudaqkənd rayonunun Canqa kəndi yaxınlığında partladılmış avtomobilin içərisində 3 cəsəd tapılmışdır. Onların şəxsiyyəti hələlik müəyyən edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]