DÜNYA
DAĞISTANDA AVTOMOBİLİN ATƏŞƏ TUTULMASI NƏTİCƏSİNDƏ ƏKS-KƏŞFİYYAT ZABİTİ HƏLAK OLMUŞDUR
Bakı, 18 iyun (AZƏRTAC). Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhərində içərisində Federal Təhlükəsizlik Xidmətinin (FTX) üç əməkdaşı və Xəzər Donanmasının 106-cı briqadasının komandiri olan maşın naməlum şəxslər tərəfindən avtomatlardan atəşə tutulmuşdur.
Bu silahlı basqın nəticəsində FTX-nin hərbi əks-kəşfiyyat departamentinin bölmə rəisi yerindəcə keçinmiş, bu xidmətin digər iki əməkdaşı yaralanaraq xəstəxanaya aparılmışdır. Sürücü və digər sərnişin isə yüngül yaralandığından ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Dağıstan DİN-dən verilən məlumatda bildirilmişdir ki, hüquq mühafizə orqanları gizli silah anbarı aşkar etmişlər. Buradan Kalaşnikov avtomatı, “SV-Pələng” tüfəngi, 100-dən çox patron tapılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]