İQTİSADİYYAT
Daha 8 rayonda su təchizatı sistemi yenidən qurulacaqdır
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycanın daha 8 rayonunda su təchizatı sistemi yenidən qurulacaqdır.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov AZƏRTAC-a bildirmişdir ki, beynəlxalq maliyyə institutları ilə sazişlər çərçivəsində qurum Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə su təchizatı sisteminin yaxşılaşdırılması üzrə tikinti işlərinə başlamışdır. İlin sonunadək Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda da müvafiq işlərə başlanılması nəzərdə tutulmuşdur.
Bununla yanaşı, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da həyata keçirilir.