Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAHİ HEYDƏR ƏLİYEVƏ VƏTƏNİMİZDƏN UZAQLARDA DA DƏRİN HÖRMƏT, SONSUZ EHTİRAM BƏSLƏYİRLƏR

Bakı, 12 dekabr (AZƏRTAC). Zaman hər dərdin məlhəmidir, deyirlər. İnsan həyatda çox əziz, doğma adamını itirəndə ona elə gəlir ki, dünya artıq bitdi, tükəndi və o, daha yaşaya bilməyəcəkdir. Onu ovundurmaq, sakitləşdirmək cəhdləri də əbəs olur. Yalnız zamanın çəkdiyi sığal mənəvi cəhətdən sarsılan insanların dərdini bir qədər unutdura bilir. Lakin təkcə evdən deyil, eldən gedən insanlar ki var, onların hüznü xalqın böyük kədəridir. Tarixdə elə şəxsiyyətlər olub ki, onların cismani yoxluğu böyük matəmə, kədərə çevrilmişdir. Lakin bu dahi insanlar əslində öz bioloji ölümləri ilə əbədiyyət ömrü qazanıblar. Zəmanəmizin, çox yaxın tariximizin görkəmli şəxsiyyətlərindən biri olan dahi Heydər Əliyevin əbədiyaşarlıq qazanmış xatirəsi də əsrlər boyu yaddaşlarda yaşayacaq və onun gördüyü işlər öz dəyərini qoruyub saxlayacaqdır.

Ulu öndərimizin vaxtı ilə görüşdüyü adamların xatirələrini dinləmək, gəzib dolandığı yerlərlə tanış olmaq bu gün bizdə kövrək duyğular oyadır. Doğulduğu Azərbaycanımızın ləli, gövhəri, ayrılmaz parçası olan doğma Naxçıvandan tutmuş, o dövrdə hakimiyyət olimpinin zirvəsi sayılan Kremldə ali vəzifədə çalışdığı zaman gəzib dolandığı yerlər bizim üçün əziz və unudulmazdır.

Vladiqafqazda müalicəvi mineral su sanatoriyaları çoxdur. Sayı 40-a çatan sanatoriyaların arasında Yesentukidəki Kalinin adına sanatoriya ərazisinin böyüklüyünə, zümrüd rəngli meşə çətirinə, füsunkar təbiətinə, bir də tarixi qədimliyinə, müalicə təsirlərinə görə onlardan çox fərqlənir. Hələ orta əsrlərdən rus çarları, müxtəlif ölkələrin zadəganları buraya dincəlməyə və müalicə almağa gələrmişlər.

Bu sanatoriyada hətta I Pyotr üçün taxtadan tikilmiş müalicə və istirahət evi bu gün də qorunub saxlanılır. Sovet dövründə isə Sov.İKP MK-nın balansında olan Kalinin adına sanatoriyada dövlət və hökumət rəhbərləri, bir sözlə, yalnız partiya elitası dincəlmək hüququna malik idi.

Heydər Əliyev də 70-80-ci illərdə Yesentukidə Kalinin adına sanatoriyada bir neçə dəfə istirahət etmişdir. Dahi öndərimiz orada ailə üzvləri ilə birlikdə dincələrmiş. Sovet İttifaqı dağıldıqdan sonra bu sanatoriyanın qapıları müalicəyə ehtiyacı olan hər kəsin üzünə açılmışdır.

Müalicə həkimim azərbaycanlı olduğumu biləndə stolunun siyirməsindən bir ağ-qara şəkil çıxarıb mənə göstərərək dedi: Bu şəklin böyüdülmüş variantını evdə qonaq otağının divarından asmışam. Bu şəkil mənə ona görə əzizdir ki, onu mərhum anam gənc yaşlarında görkəmli şəxsiyyət Heydər Əliyevin özü və ailəsi ilə birlikdə çəkdirib.

Rusiya Federasiyasının əməkdar həkimi Qalina Podqornaya söhbət əsnasında iftixar hissi ilə onu da dedi ki, Kalinin adına sanatoriya Heydər Əliyevin çox sevdiyi müalicə ocaqlarından idi. Həkim Podqornaya əlavə etdi ki, anam, RF-nin əməkdar həkimi Klavdiya Kozlova Heydər Əliyevin şəxsi müalicə həkimi olub. Anam evimizdə danışardı ki, Kunayevdən, Rəşidovdan, Şevardnadzedən fərqli olaraq Heydər Əliyev çox gülərüz, səmimi, daha mehriban idi. Həyat yoldaşı Zərifə xanım da, uşaqları da alicənab idilər.

Anam danışardı ki, Heydər Əliyev istirahət müddətində sanatoriyanın 50 hektarlıq ərazisini birər-birər gəzər, hər daşın, hər tikilinin tarixini öyrənməyə can atardı. Deyər, gülər, öz xalqı, Vətəni haqqında ürək dolusu, fəxrlə, qürurla söz salar və haqlı olaraq bununla öyünərdi. Anam onu da deyirdi ki, Heydər Əliyev tükənməz enerjili, fenomen yaddaşlı, klassik və müasir ədəbiyyatı, mədəniyyəti dərindən bilən, öz xalqını çox sevən və başqa xalqlara da böyük hörmətlə yanaşan şəxsiyyət idi. Bu dahi şəxsiyyətin həmin dövrdə ailəsi ilə birgə müalicə həkimi olan anamla çəkdirdiyi şəkil mənzilimizin divarından əziz xatirə kimi asılıb.

Həmin sanatoriyada 35 illik iş təcrübəsi olan, hazırda baş həkim işləyən, ulu öndərimizin ailəsi ilə birgə sanatoriyaya gəlişlərini yaxşı xatırlayan Valentina Petrova da söhbətə qoşulub əlavə etdi ki, Rusiyada Heydər Əliyevi çox sevirlər.

Valentina Alekseyevna dedi ki, Heydər Əliyev sözün əsl mənasında möhkəm iradəli, qətiyyətli, parlaq şəxsiyyət idi. Bütün rusiyalılar çox yaxşı xatırlayır ki, əgər Qorbaçov Heydər Əliyevi «politbüro»dan uzaqlaşdırmasaydı, öz çirkin iddialarını həyata keçirə bilməzdi. Heydər Əliyev sovet dövlətinin müdrik bir başçısı da ola bilərdi. Ancaq Kremldaxili çəkişmələr buna imkan vermədi. Sovetlər dağılandan sonra Rusiyaya da Heydər Əliyev kimi şəxsiyyət rəhbərlik etsəydi, bizim də iqtisadi qüdrətimiz daha güclü olardı. Rusiyanın hər bir güşəsində Heydər Əliyev bu gün də xatırlanır və sevilir.

Baş həkim dedi ki, həqiqətən də Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi dahi şəxsiyyəti, ona böyük şərəf gətirən qüdrətli dövlət xadimi olub. Onun oğlu Prezident İlham Əliyev də atasına layiq bir davamçıdır. Sovet hakimiyyəti dağılandan sonra bəzi sahələrdə əlaqələr zəifləsə də, Kalinin adına sanatoriyaya gələn azərbaycanlılar çoxdur və şəxsi söhbətlərimiz zamanı bəlli olur ki, onlar hamılıqla dahi Heydər Əliyev siyasətini və bu siyasətin davamçısı Prezident İlham Əliyevin fəaliyyətini çox yüksək dəyərləndirirlər, onunla fəxr edirlər.

Bu söhbətləri dinlədikcə Vətəndən uzaqda qəlbimi sonsuz iftixar hissi doldururdu. Ulu öndərimizin vəfatının 6-cı ildönümü günündə Fəxri xiyabana ümummilli liderimizin məzarını ziyarətə gələn insan selini seyr etdikcə Yesentuki sanatoriyasının həkimlərinin söylədikləri xoş sözləri yada salıb qürur hissi ilə deyirdim: Dahi öndərimizə ümumxalq sevgisi tükənməzdir.

M.Əzizqızı

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb