Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DAMAZLIQ HEYVANDARLIQ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİK VƏ ƏLAVƏ EDİLMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1996-CI İL 20 İYUN TARİXLİ 347 NÖMRƏLİ SƏRƏNCAMININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikası Qanununun icrası məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 265; 2006-cı il, № 12, maddə 1049) 2-ci bəndi çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 301; 2006-cı il, № 2, maddə 91, № 5, maddə 397; 2007-ci il, № 2, maddə 87) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 11.15-ci bəndində “nəzarət edir” sözlərindən sonra “, damazlıq heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib edir, təsərrüfatların uçotunu, habelə damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparır” sözləri əlavə edilsin.

3. “Damazlıq işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 iyun tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 25) qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin