DANİMARKA MƏHSULUNUN BOYKOTU DAVAM EDİR
Dubay supermarketinin daimi müştərilərindən biri demişdir: ”Onlar bizim dinimizi və peyğəmbərimizi təhqir etmişlər. Biz bununla barışa bilmərik”.
Danimarka məhsullarına qadağa hətta fransalıya məxsus Carrefour supermarketlər şəbəkəsinə də sirayət etmişdir. Xüsusi adamlar bütün mağazaları gəzərək, buradakı Danimarka mallarını satışdan çıxarırlar.
Satış üzrə regional menecer Cekob Mikkelsen demişdir: “Son dərəcə çətin vəziyyət yaranmışdır. Vəziyyət təkcə bizim mənafeyimizə deyil, həm də əməkdaşlarımızın və tərəfdaşlarımızın mənafeyinə toxunur. Biz Danimarkadan bu ölkəyə hər hansı məhsulun idxalını dayandırmalıyıq, çünki buradakı müştərilərimizi itirmişik”.
Qətərin Ticarət Palatası Danimarka və Norveçin ölkədəki ticarət nümayəndəliyini bağlamışdır. İraqın Nəqliyyat Nazirliyi Danimarka hökuməti ilə müqavilələri ləğv etmişdir. BƏƏ-nin paytaxtında isə nümayişçilər Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrini dayandırmağa çağırmışlar. Lakin ölkələrin əksəriyyəti bu etiraz aksiyasına qoşulmağa tələsmir, çünki bu hal Dünya Ticarət Təşkilatı ilə çoxsaylı problemlər yarada bilər.
Danimarkanın müxtəlif şirkətləri ölkə hökumətindən böhranı aradan qaldırmağı tələb edirlər, lakin hələlik konkret nəticələr yoxdur.