DANİMARKA MÜSƏLMANLARI ETİRAZ EDİRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Kopenhagendə 2 minədək müsəlman Danimarka qəzetlərindən birində Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə etiraz əlaməti olaraq nümayişə çıxmışdır. Onlar bir ağızdan “İslam qəzəblənmişdir!” şüarını söyləmişlər.
Sentyabrın 30-da Danimarkanın ən iri qəzetlərindən biri “Yullands-posten”də Məhəmməd peyğəmbərin 12 karikaturası dərc edilmişdi. Rəsmlərdən birində peyğəmbər bomba qoyulmuş çalmada təsvir olunmuşdu.
Müsəlman təşkilatları qəzet redaksiyasından üzr istəməyi tələb etmiş, lakin redaksiya söz azadlığı prinsipini bəhanə gətirərək, bundan boyun qaçırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]