DANİMARKA PAYTAXTINDA PULSUZ İNTERNET OLACAQDIR
AZƏRTAC xarici informasiya vasitələrinə istinadla xəbər verir ki, yaxın gələcəkdə Danimarka paytaxtının əhalisi və bu şəhərin qonaqları öz noutbukları və mobil telefonları vasitəsilə pulsuz internetdən istifadə edəcəklər.
Kopenhagen bütün istəyənlər üçün yaxın zamanda pulsuz internet təqdim edəcək dünyanın 52 şəhərindən biridir. Bu irimiqyaslı layihə ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir.
Kopenhagendə əvvəlcədən nəzərdə tutulmuş 6 min qoşulma məntəqəsindən 1000-i quraşdırılacaqdır. İnternet məntəqə 150 metr radiusda siqnal ötürəcəkdir. Belə vəziyyətdə bütün istəyənlər şəbəkəyə ödənişsiz çıxış imkanı qazanacaqlar.
İlkin göstəricilərə əsasən internetin şəhərin 5,6 milyon kvadratmetr ərazisini əhatə edəcəyi gözlənilir. Bu isə ölkə ərazisinin 1 faizi deməkdir. Bu cür zonaların həmçinin reklam verənlər üçün də nəzərdə tutulduğuna görə, xidmət pulsuz olacaqdır.
Layihənin sınaq versiyası artıq Lollan və Falster adalarında Lollan dəmiryolu stansiyasının sərnişinləri üçün istifadəyə verilmişdir.
Hər bir internet-məntəqə bələdiyyə orqanına 8 min krona ($1500-dən bir qədər çox) başa gəlmişdir. Layihənin ümumi məbləği isə 8 milyon kron təşkil edir. Xİdmət yayda istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]
Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır
- 17.11.2026 [12:25]
Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib
- 17.11.2026 [12:18]
Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub
- 17.11.2026 [11:54]
Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib
- 17.11.2026 [11:32]