Azərbaycan Dövlət İnformasiya Agentliyi

Darxan Kıdırəli: Tariximizi özümüz yazmasaq, başqaları onu təhrif edə bilər

Astana, 31 avqust, AZƏRTAC

Dörd türkdilli dövlətin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin həmtəsisçisi olduğu Beynəlxalq Türk Akademiyası (TWESCO) türk dünyası tarixinin tədqiqini əlaqələndirmək, araşdırmalara yardım etmək, türk dillərinin və ədəbiyyatlarının, mədəniyyətlərinin öyrənilməsi, türk dövlətlərinin dünyada yerinin və rolunun üzə çıxarılması məqsədilə fəaliyyət göstərir.

Xatırladaq ki, 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən türk dünyasının tədqiqi məqsədilə elmi mərkəz yaradılması təklifi irəli sürüldü. 2010-cu ildə Astanada Türk Akademiyası yaradıldı. 2012-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkek zirvə görüşündə təşkilata beynəlxalq statusun verilməsi barədə Qazaxıstan, Türkiyə, Qırğızıstan və Azərbaycan arasında razılıq əldə edildi. Nəhayət, 2014-cü il avqustun 27-dən təşkilata beynəlxalq status verildi.

TWESCO-da təsisçi ölkədən və türkdilli ölkələrindən alimlər çalışır. Akademiya türk dünyası ilə bağlı bir çox beynəlxalq layihələr həyata keçirib. Qurumun türkologiya, monqolistika, altayistika sahələrində tədqiqatları qədim türklər haqqında elmi araşdırmalara dəyərli töhfələr verməkdədir. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli təşkilatın fəaliyyəti, aparılan tədqiqat işləri və onların nəticələri barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

"Əbədi millət" ideologiyasının mənşəyi çox qədim zamanlara gedib çıxır

-Rəhbəri olduğunuz Beynəlxalq Türk Akademiyası bu il türklərin tarixi ilə bağlı arxeoloji qazıntılar zamanı yeni kəşflər edib. Tədqiqatlar harada və hansı istiqamətdə aparılır?

-Əslində, TWESCO türkologiya, altayistika sahələrində bir neçə ildir tədqiqat aparır. Son vaxtlar tədqiqat sahəsinə monqolistikanı da əlavə etdik. Sizin qeyd etdiyiniz yeni kəşflər akademiyamızın Monqolustanda həyata keçirdiyi arxeoloji qazıntı işlərinin nəticəsidir. Onlardan biri ölkənin Bulqın bölgəsindəki Şiveet Ulaan kompleksi, digəri Kentey vilayətində türklərə aid kompleksin qalıqlarıdır.

-Şiveet Ulaan kompleksindən hansı yeni tapıntılar əldə etdiniz?

-Şiveet Ulaan qədim türklərə aid abidədir. Bu kompleks türklərin dini ayinləri icra etdiyi məkan və ya ibadət yeridir. TWESCO burada Monqolustan Milli Elmlər Akademiyası, Tarix və Arxeologiya İnstitutu ilə birlikdə 3 ildir arxeoloji qazıntı işləri aparır. Tikilinin ətrafını hasarlayaraq onu tədqiqatla bağlı qorunan əraziyə çevirmişik.

Əslində, türkoloqlara Şiveet Ulaan kompleksinin yerləşdiyi yerin xarici xüsusiyyətləri çoxdan məlumdur. Kompleks üzərində müəyyən araşdırmalar aparılıb, amma geniş qazıntı işləri indi həyata keçirilir. Məşhur türkoloq Sergey Klyaştornı da daxil olmaqla, alimlər kompleksin İltəriş Kutluq Xaqan və Tonyukuk dövründə inşa edildiyi fikrini irəli sürüblər. Həmçinin tikilinin İltəriş Xaqanın vəfatından bir il sonra, yəni 693-cü ildə inşa edildiyinə dair mülahizələr var. Biz də eyni fikirdəyik, çünki nəticələr buna dəlalət edir.

Kompleksdə əldə edilən dəyərli tapıntılar sırasında ən mühümü qədim türklərə aid 60-a qədər tayfanın möhürü həkk olunmuş monumental daşdır. Daşın bir nümunəsinin surətini çıxararaq TWESCO-dakı “Türk muzeyi”nə gətirdik. Bu daş Qazaxıstanın irəli sürdüyü “Mangilik Yel” - qədim türkcədə “Bengü il” (“Əbədi millət”) milli ideologiyasının mənşəyinin daha qədim zamanlara aid olduğunu göstərir. Kompleksin nə zaman tikildiyini müəyyənləşdirmək üçün yapon alimlərlə birlikdə araşdırmanı davam etdiririk.

Qədim türklərə aid bu abidənin bir çox xüsusiyyətləri var. Hər şeydən əvvəl bu, ictimaiyyətə açıq kompleksdir. Qurban kəsilib, dini ayinlərin icra edildiyi bu məkanda ölkənin birlik və bərabərliyini rəmzləşdirən daş-heykəl ucaldılıb. Eyni zamanda, türklərin dünyagörüşünü əks etdirən heykəllər və məzar daşları var. Şiveet Ulaan kompleksi müqəddəs məkan kimi yüksək təpəlikdə yerləşir. Güman ki, nə vaxtsa türklərin düşmənləri tərəfindən dağıdılıb. Lakin buna baxmayaraq, abidənin tarixi yaddaşındakı izləri yox olmayıb. Yəni, "Əbədi millət" ideologiyası davam etməkdədir.

Tikilinin əsas hissəsi səkkizguşəli abidədən ibarətdir. Bu, türklərin müqəddəs rəmzi olan ulduzdur. Tarixən türk dövlətlərinin bir çoxu səkkizguşəli ulduzu rəmz olaraq istifadə ediblər. Hazırda Azərbaycanın gerbi səkkizguşəli ulduzdan ibarətdir və bu, dövlət bayrağında da əksini tapıb. Qazaxlarda bacarıqlı, hünərli şəxslər haqqında işlədilən “səkkiz yönlü, bir sirli” ifadəsi, çox güman ki, bundan qaynaqlanır.

İkinci məqam tikilinin hündürlüyünün 18 metr olmasıdır. Bu, “on səkkiz min aləm” anlayışına işarə edir. Buradan türklərin çox qədim zamanlardan ulduzları öyrəndiyi, kainatın gizli cəhətlərini kəşf etmək üçün səy göstərdiyi aydın olur. Hətta, “səkkiz yönlü, bir sirli”, “on səkkiz min aləm” anlayışlarından qəhrəman babalarımızın “Böyük çöl”ə İslam dini gəlməzdən əvvəl də istifadə etdiklərini söyləmək mümkündür. Bu, köçəri dünyasında tək Tanrı inancının hakim olduğunu göstərir.

Kompleksdə insan heykəli ilə yanaşı, qoyun, quzu, qoç və üç ədəd aslan heykəlləri də aşkarlanıb. Aslan türklərin anlayışında hakimiyyət, güc və qüvvə rəmzidir. Məlum olduğu kimi, qurd heykəli azadlıq, qoyun heykəli zənginlik və bolluq, quzu isə bərəkət və rifah rəmzidir.

Arxeoloji qazıntı işləri zamanı əldə edilən tapıntıların yaxın vaxtlarda elmi qiymətləndirməsi aparılacaq. Bəzən bir əsərin tarixini və gizlətdiyi sirləri uzun illər tədqiq etmək lazım gəlir.

Tanrıçılıq inancının klassik anlamda din olmasına dair obyektiv dəlillər ortaya çıxıb

-Ümumiyyətlə, türklərin tanrıçılıq anlayışını inkar etməyə maraq göstərən insanlara tez-tez rast gəlirik. Bu anlayışın klassik anlamda din kimi qəbul edilməsi üçün məbədin, ibadət qaydalarının, dini liderlərin olmasının vacibliyi irəli sürülür. Sizcə, qədim türk komplekslərindəki qazıntı işləri bu arqumentlərə cavab verə, fikir dəyişikliyi yarada biləcəkmi?

-Əlbəttə. Həqiqətən də, bu günədək "Qədim türklərin tanrıçılıq inancında ibadətgah olmamışdır, ona görə də bu inanc din səviyyəsinə yüksəlməmişdir" fikri mövcud idi. Biz din tarixini Qərbdə yaranan elmi prinsiplər əsasında öyrəndik. Bəlkə də, din üçün ibadətgahların əhəmiyyəti yoxdur. Din və din tarixi barədə müxtəlif fikirlər yürütmək mümkündür. Ancaq qədim türklərin ibadət yerləri din tarixini dövrümüzün klassik nəzəriyyələri əsasında yenidən araşdırmağı tələb edir.

Tanrıçılıq inancının klassik anlamda din olmasına dair obyektiv dəlillər ortaya çıxıb. Doğrusu, qədim yunanlar, misirlilər, romalılar, hətta ərəblər də vaxtilə çoxallahlığa inanıb və bütə sitayiş ediblər. Türklər isə heç zaman bütə sitayiş etməyib, tək Allaha inanaraq, tək Yaradana tapınan bir millət olub. Türklərin İslamı asanlıqla qəbul etməsinin səbəbini bəlkə də burada axtarmaq lazımdır. Qədim zamanlardan bəri tək Yaradanı "Bengü, Kök, İdi, Bayat, Çalap" kimi müxtəlif sifətlərlə tanıyaraq Tanrıya tapınan və axirətə inanan, insan taleyini Tanrının müəyyən etdiyini bilən, peyğəmbərə “elçi”, cinlərə “albastı, qarabasdı” kimi adlar verən türklər qurban kəsmək, türbə tikməklə kifayətlənməyib, ibadətlərini, ayinlərini xüsusi yerlərdə yerinə yetiriblər. Bizim arxeoloji tədqiqat apardığımız kompleks bunu bütünlüklə təsdiqləyir.

-Monqolustan öz siyasəti olan müstəqil dövlətdir. Orada türk tarixi ilə bağlı mütəmadi qazıntı işləri aparmağınıza qardaş ölkənin baxışı necədir?

-Monqolların qədimdən bəri sahib olduqları bir anlayış mövcuddur: torpağın sahibi onun qoruyucusudur. Onlar hər şeyin öz sahibi olduğuna inanırlar. Bu inanclara görə, ölülərin ruhundan icazə almadan torpağı narahat etmək olmaz. Həmçinin çubuğu sındırmaq, torpağı eşmək, müxtəlif daşlara toxunmaq, nəşi yerindən tərpətmək yasaqdır. Ölkədə yerli əhali bu cür məsələlərə çox əhəmiyyət verir. Delqerhan adlanan yerdə gördüyümüz işlər sadə xalq arasında anlaşılmaz qarşılanmışdı. Şiveet Ulaanda da nəzərlər bizə yönəldi. Bu səbəbdən vilayət rəhbəri sakinlərlə birlikdə gəldi. Əhali od yandırıb, bizi iki tonqalın arasından keçirdi. Qədimdə Marko Polo üçün də eyni mərasimin icra edildiyi məlumdur.

Beləliklə, bütün adət-ənənələrə əməl edildi. Bizə kımız (at südü) təqdim edərək qonaqpərvərlik göstərdilər. Çünki verdiyimiz sözlərə əməl etdik və ənənələrə hörmət göstərdik. Əvvəllər heyvanların otarıldığı, ayaqlar altında qalan yerlərin hamısını çəpərləyib qorunan tədqiqat obyektinə çevirdik. Qarşılıqlı etimad, monqol qardaşların mərdliyi və işlərimizin nəticələrinin tariximizin aydınlanmasına xidmət etdiyini inamla söyləyə bilərik. Adətən beynəlxalq qazıntı işlərində yerli əhali ilə anlaşıqlı şəkildə işləmək çox çətin olur: yanaşma fərqli, qanun fərqli, tam başqa adət-ənənələr və s. Bunların hamısını ədalətli, verilən vədlərə uyğun şəkildə yerinə yetirmək bir beynəlxalq təşkilat kimi bizim əsas və dəyişməz prinsiplərimizdən biridir. Heç bir şeyi gizlətmədən, saxtakarlıq etmədən və populizmə yol vermədən geniş iş aparırıq.

Qədim arxeoloji eksponatlar arasında qadın heykəlinə nadir hallarda rast gəlinir

-Bildiyimizə görə, TWESCO-nun Monqolustandakı digər elmi ekspedisiya qrupu da əhəmiyyətli kəşflər edib. Bir qədər bu barədə məlumat verərdiniz.

-TWESCO Monqolustan Milli Muzeyi ilə birlikdə ölkənin Hentey, Kerulen bölgələrində də arxeoloji qazıntılar aparır. Hayahudağ və Günbürd komplekslərində müəyyən tapıntılar əldə etmişik. Bunlar da qədim türk abidələrinin yerləşdiyi məkanlardır. Oradakı qazıntı işlərinin ilkin nəticələrini türk tarixi üçün sensasiya adlandıra biləcəyimiz proseslərin başlanğıcı hesab etmək olar. Hentey bölgəsindəki məbədlər türkologiya üçün əvəzsiz xəzinədir. Bölgədə qazıntı işləri ilk dəfə aparılır. Biz əvvəllər Monqolustandakı qədim türk abidələrindən bəhs edərkən diqqəti Orxon vadisindəki tapıntılara yönəldirdik. Amma Akademiyanın qazıntı işlərindən sonra Kerulen vadisinin də əhəmiyyətinin artacağı qənaətindəyəm. Bu səbəbdən ekspedisiyaya "Kerulen elmi ekspedisiyası" adını verdik.

Arxeoloji ekspedisiya burada elmə məlum olmayan VI-VIII əsrlərə aid kompleks aşkar edib. Ötən əsrlərdə bu kompleksin üzərini torpaq qatı örtüb. Burada tapılan müqəddəs əmanətlər türk dövrü abidələrini zənginləşdirəcək. Hayahudağ kompleksi iki metrlik kurqanın arxasında yerləşir, o ətrafdakı ərazidən bir metr uzunluğunda yarğanla ayrılır. Bu yarğanda 2,2 metr dərinlikdə saxsı bardaq, iki daş insan heykəli və digər əşyalar tapılıb.

Tədqiqatlar nəticəsində burada tir dirəkləri, taxta damı olan ibadətgah aşkarlanıb. Ehtimal etmək olar ki, Kerulen xanların, xaqanların taxta çıxarıldığı iqamətgah idi.

Hayahudağ kompleksindən bir döyüşçünün - qaşları tarım çəkilmiş, sivri burunlu, saqqalı kişi heykəli tapılıb. Digəri isə başı örtülü, hündür boylu türk gözəlidir. Adətən qədim arxeoloji eksponatlar arasında qadın heykəlinə çox nadir hallarda rast gəlinir. Ona görə də bu dəfə tapılan qadın heykəli çox qiymətli nümunədir. Kompleksdə, həmçinin bizim atlardan daha iri gövdəli olan at sümükləri və skeletləri aşkarlanıb.

Tapıntılarımız onu deməyə əsas verir ki, bu ibadətgahda insanlar Tanrıya qurbanlar kəsib və əcdadlarının ruhunu yad ediblər. Hesab edirəm ki, Monqolustanın şimal-şərqində, Kerulen vadisində tapılan abidələr qədim türk tarixini zənginləşdirəcək, bizə qədim türklər haqqında geniş məlumat verəcək.

Kerulen vadisinin bir başqa özəlliyi orada xaqanların daim məskən salmasıdır. Yəni bölgə dövlətçilik təfəkkürünün formalaşdığı regiondur. Kerulendə hunlar, göytürklər dövrünə aid bir çox abidə var. Həmçinin Çingiz xanın dünyaya göz açdığı Burhan Haldun dağı bu bölgədə yerləşir. 1240-cı ildə həmin ərazidə “Monqolların gizli şəcərəsi” yazılıb. Çingiz xanın ilk paytaxtı olan Avarqın Balqas şəhərinin qalığı da Kerulen çayının vadisindədir. Qədimdə oranın “Aruaq Orda” - “Ervahlı Orda” (“Ruhların qoruduğu yer”) adlandığı məlumdur.

Beləliklə, qarşımızda duran vəzifə qədim tariximizi arxeoloji tapıntılarla, əsaslı dəlillərlə işıqlandırmaqdır. Bizim müxtəlif tarixi dövrlərin qatlarında qalan mənəvi irsimiz necədir? Gündəlik yaşam, həyat və düşüncə tərzi necə olmuşdur? İstifadə etdikləri əşyalar nə qədər inkişaf etmişdi? Bu və digər suallara cavablar arayırıq. Məsələn, bəzi yerlərdə adi qoyunun çənə sümüyü və ya adi heykəl daş da çox dəyərli ola bilər. Bu səbəbdən arxeoloji qazıntı işləri nəticəsində üzə çıxarılan hər bir əşya çox qiymətlidir. Yeri gəlmişkən, daşların üzərindəki yazı və möhürlər o dövr sivilizasiyasının zirvəsini nümayiş etdirir. Nə qədər misilsiz materiallar olsa da, bir yazının tapılması onların hamısından daha dəyərli ola bilər. Sivilizasiyanın, mədəniyyətin özünə görə ölçüləri var.

Bu gün Kerulen bölgəsində tapılan sümüklər, daşlar və heykəllər ona görə çox dəyərlidir ki, bu tapıntılar, türklərin Tanrıçılıq inancına görə necə ibadət etdiklərini, onların dünyagörüşünü, forma və simalarını, dini baxışlarını öyrənmək üçün önəmli ünsürlərdir.

TWESCO-nun tədqiqat işlərinin çərçivəsi çox genişdir

-Az öncə dilə gətirdiyiniz “Aruaq orda” həqiqətən də “ervah” sözünə çox bənzəyir...

-Böyük çöldə yaşayan köçəri xalqların dilində bir-birinə keçən sözlər çoxdur. “Aruaq orda” da bu cür anlayışlardan biridir. Həqiqətən, sözügedən bölgədə ruhların olmadığını demək mümkün deyil. Burada hunlar və göytürklərdən başqa Çingiz xan, Ügedey, Kuyık xan kimi böyük sərkərdələr səltənət sürüblər. Bir sözlə, Kerulen bölgəsi Şərqdən çıxıb Qərbə, Günəşlə birlikdə hərəkət edən əcdadlarımızın ata mindikləri yerdir. Köçərilərin böyük yürüşlərinin bu bölgələrdən başladığını söyləmək mümkündür.

Eyni zamanda, bu bölgə türklərə aid monumental tikililəri bir-birinə bağlayan regiondur. Məsələn, bu il Orxon yazılarının oxunmasının 125-ci ildönümüdür. Vilhelm Tomsen 1893-ci ildə Orxon çayı vadisindəki yazılardan “Tengri”, “Türk”, “Kültegin” və digər sözləri oxumuşdu. Bu sözlər türkləri simvolizə edən, türklüyü izah edən anlayışlara çevrildi. Beləliklə, əcdadlarımızın bəşər tarixində silinməz, əbədi iz qoyduğu bütün dünyaya məlum oldu. Qədimdən əcnəbilər bizi yarımköçəri, sabit yaşayış məkanı olmayan, mütəmadi miqrasiya edən bir millət kimi xarakterizə edirdilər. Orxon yazıları türklərin bəşər tarixində öz yeri olan, mədəniyyətin zirvəsinə qalxan bir millət olduğunu sübut etdi. Çünki dünya tarixində əlifbası olan millətlər çox azdır. Onlardan biri bizim əcdadlarımızdır. Orxon kitabələri sonralar şimalda Yenisey, cənubda Talas yazılarının ortaya çıxarılmasında mühüm rol oynadı. Qədim türklərin Cənubi Sibir, Mərkəzi Monqolustan və qərb bölgələrdəki bir çox əsərləri tapıldı. Kerulen elmi ekspedisiyasının da bölgədə türklərdən qalma yeni əsərlərin gün işığına çıxmasında, elmi ictimaiyyətin ixtiyarına verilməsində vacib rol oynayacağına inanıram.

-Bu hadisə ortaq türk tarixinə nə yenilik gətirə bilər?

-Həyatlarını at belində keçirən adlı-sanlı əcdadlarımız dünyanın yarısını nal səsi ilə titrədərək hökmdarlıq edib, bununla tarix yaradıblar. O tarix ki, sonrakı dövrlərdə başqaları tərəfindən yazılıb. Tariximiz özümüz yazmasaq, başqaları onu təhrif edə bilər. Bu səbəbdən tarix yazmaq onu yaratmaq qədər mühümdür! Bizim yazacaq çox nəsnələrimiz var. Atalarımız geniş və zəngin irs qoyub. O tarixin ancaq dəqiq və düzgün mənbə və dəlillərlə dəstəklənib mütəmadi olaraq yazılması lazımdır.

Türk milləti üçün çox əhəmiyyətli olan Ötükən haqqında bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Tarixə nəzər salsaq, türk dövlətləri mərkəzlərinin çox vaxt dağlarla əhatə olunan düzənlik yerdə yerləşdiyini görərik. Kerulen vadisi də belədir. Ətrafı dağlarla əhatə olunan, düzən və həyat üçün əlverişli bölgədir. Tonyukuk abidəsinin ətrafı da dağla əhatə olunub. Başqa sözlə, babalarımız mərkəz üçün Ötükən vadisinə bənzər yerlər aramışlar. Ancaq bizim tarixnaməmizdə Ötükən bölgəsi əfsanə bir yer kimi təsvir edilir. Halbuki onun “Mangilik Yel” - “Əbədi millət” ideologiyası ilə əlaqəsi yalnız türklərin deyil, bütün köçəri xalqların düşüncəsində yer alıb. Məsələn, Kültegin kitabəsində "Ötükendə yaşayırsan, əbədi yer tutaraq yaşayacaqsan" yazılıb. Deməli, "Əbədi millət" ideologiyası Ötükəndən başlayır. Bu həm də Monqolustandan Macarıstana qədər ucsuz-bucaqsız bölgədə məskən salan bütün köçəri xalqların ortaq ideologiyasıdır. Tariximizi yazarkən məhz bu ideologiyaya əsaslanmağımız vacibdir.

-Akademiyanın fəaliyyətində Avrasiya ərazisindəki digər ölkələrdə türklərdən miras qalan abidələrin öyrənilməsi nəzərdə tutulurmu?

-Əlbəttə, tariximizin tədqiqatı yalnız monqol torpaqları ilə məhdudlaşmır. Digər ölkələrə də açılırıq. Məsələn, bir qədər əvvəl Monqolustana elmi səfərimizdən birbaşa Macarıstanda keçirilən Hun Qurultayına yol aldıq. Bu səbəbdən səfərimizə "Kerulenden Dunaya qədər" adı vermişdik. Maraqlı odur ki, təyyarə ilə 15-16 saata qədər yol qət etdiyin geniş ərazilərdəki daş heykəllər bir-birinə çox bənzəyir. Yanaşma və görünüşdə oxşarlıq çoxdur. Bu nəyi ifadə edir? Aradakı böyük məsafə fərqinə, ucsuz-bucaqsız əraziyə, Monqolustanla Macarıstan arasında bir çox ölkənin mövcudluğuna, bir çox millətin yaşamasına baxmayaraq, bu cür oxşarlıqlar vahid kökə işarə edir. Bənzərliklər kökə yaxınlaşdıqca artır. Bu baxımdan, TWESCO-nun tədqiqat işlərinin çərçivəsi çox genişdir. Biz indi Qazaxıstanın Karkaralı ərazisində də arxeoloji qazıntı işləri aparırıq. Eyni zamanda, Özbəkistanla razılaşma əldə etmişik. Özbəkistan Milli Elmlər Akademiyası lazımi sənədləri imzaladıqdan sonra konkret tədqiqat işlərinə başlayacağıq.

Ergenekonu müqəddəs qəbul edən bütün xalqların əsərləri önəmlidir

-Ulan-Batorda keçirilən, təşkilatçılarından birinin TWESCO olduğu VII Beynəlxalq Altay Simpoziumunda iştirak etmisiniz. Akademiyanın altayistika sahəsinə əhəmiyyət verməsi barədə nə deyə bilərsiniz?

-Bilirsiniz, Ulan-Batorda vaxtaşırı Altay mənşəli xalqların həyatı, mədəniyyəti, adət-ənənələri və mentaliteti araşdırma mövzusu kimi gündəmə gəlir. Bizim işimiz sadəcə türk xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyatı və dəyərləri ilə bağlı tədqiqatlarla məhdudlaşmır. Ergenekonu müqəddəs qəbul edən bütün xalqların əsərlərinə önəm veririk. Ergenekon türk və monqol xalqları üçün müqəddəs məkandır. Altaya elmi səfərlərindən birində Ergenekonun yerini müəyyən etmişdik. Bu səbəbdən Altay məsələsi bizim üçün yad deyil. Altayistika sahəsinin əhatə dairəsi çox genişdir. Bu sahə Altay mənşəli, Altayla əlaqəsi olan xalqlara aid əsərləri araşdırır. Dünya dillərinin təsnifatında Ural-Altay dil ailəsinin "Altay dilləri" adı verilən bir alt qolu var. Buraya türk, monqol, tunqus və mancur dilləri daxildir. Bəzi alimlər yapon-ryukyu və Koreya dillərini də bu qrupa əlavə edir. Hətta 40 min il əvvəl Amerikaya köç edən qədim hinduların dilini də sözügedən qrupa aid edən tədqiqatçılar var. Deməli, Altay təkcə indiki dörd ölkənin ərazisində yerləşən dağlar silsiləsi deyil, dünya tarixi baxımından böyük əhəmiyyətə malik, müxtəlif xalqların formalaşmasında mühüm rol oynayan bir məkandır. Altaydan çıxan xalqların ortaq dəyərləri, kəsişdiyi və ünsiyyətdə olduğu dövrlər çoxdur. Ona görə də beynəlxalq təşkilat kimi akademiya bu istiqamətə xüsusi önəm verir.

TWESCО altayistika sahəsində konkret addımlar atır. “Altayistika, türkologiya, monqolistika” adlı jurnal nəşr edirik. Ənənəvi Beynəlxalq Altayistika Konfransının - PIAC (Permanent International Altaistic Conference) təşkil olunmasına da töhfə veririk. PIAC-ın növbəti toplantısı VI Türk Şurası Zirvəsi və III Dünya Köçəri Oyunları ərəfəsində Qırğızıstanda baş tutacaq. TWESCО sözügedən konfransın təşkilində fəal iştirak edir. Bir sözlə, altayistika akademiyanın əsas elmi istiqamətlərindən biridir.

Türk dünyasının bu il 125 illiyini qeyd etdiyimiz böyük şairi Mağcan Jumabayevin "Uzaqdakı qardaşıma" adlı məşhur şeirində olduğu kimi:

Gəl gedək Altaya,

Atalar mirası o altın taxta!

Bu misralar da Altayın bütün türk və monqol xalqlarına ortaq məkan olduğunu ifadə edir. Ancaq bu gün Qazaxıstan, Çin, Rusiya və Monqolustan olmaqla dörd dövlətin ərazisində yerləşən müqəddəs dağın dörd tərəfində də qazaxlar yaşayır. Deməli, biz göbəyi Altaya bağlı, əcdad yurda sahib çıxan millətik. Dörd dövlətin üçündə Altay adını daşıyan inzibati rayonlar mövcuddur. Ötükəndən çıxan xalq Qazaxıstanda da bu bölgənin rəsmi olaraq Altay adını almasını gözləyir. Türk dünyasının mənəvi paytaxtı olan Türküstan Prezidentin Sərəncamı ilə vilayət adlandırılanda, bunu böyük sevinc və məmnuniyyətlə qarşılayan türk xalqlarının, Altayla bağlı da gözləntiləri var.

-Ətraflı və maraqlı müsahibə üçün təşəkkür edirik.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO