“DAŞKƏND-2” HAVA LİMANINDA QARŞILANMA
Daşkənd, 27 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistan Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş “Daşkənd-2” hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Şavkat Mirziyayev və yüksək vəzifəli digər dövlət və hökumət rəsmiləri qarşıladılar.
######
![]() |
![]() |
![]() |


