Daşkənddə ikinci qastronomik küçə salınacaq
Bakı, 14 iyul, AZƏRTAC
Daşkəndin Mirabad rayonunda ikinci qastronomik küçənin yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Özbəkistan mediasının yaydığı məlumata əsasən, layihənin Taras Şevçenko küçəsində reallaşması planlaşdırılır. Mirabad rayonunun hakimi Anvar Sayfutdinov iyulun 13-də Taras Şevçenko küçəsində işləyən sahibkarlarla görüşüb və onları qastronomik küçənin yaradılması layihəsi ilə tanış edib. Onun sözlərinə görə, burada işıqlandırma dirəklərinin, oturacaqların və zibil qutularının quraşdırılması, ağacların əkilməsi, suvarma sistemlərinin qurulması, fotozonaların, səkilərin, velosiped yollarının salınması və müasir oturacaqların, həmçinin audio-musiqi sisteminin, sərgi səhnəsinin və uşaq oyun meydançasının quraşdırılması həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin mart ayında Daşkəndin ilk qastronomik küçəsinin - Sultanəli Maşhadi küçəsinin salınması barədə qərar qəbul edilib. Bildirilir ki, paytaxtın səkkiz rayonunda sənətkarlar üçün və qastronomik turizm məqsədilə zonalar təşkil olunacaq.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]