İQTİSADİYYAT
Daşkənddə kənd təsərrüfatı və yeyinti sənayesi sərgilərində ölkəmiz təmsil olunur
Daşkənd, 29 noyabr, АZƏRTAC
Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin, Daşkənd Şəhər Hakimiyyətinin təşəbbüsü ilə Daşkənddə “Ekspo” mərkəzdə kənd təsərrüfatı - “UzAgroExpo - 2019” və yeyinti sənayesi - “UzProdExpo - 2019” sərgiləri açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Almaniya, Fransa, Niderland, İspaniya, Çin, Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, İran, İsrail, Çexiya, Şri-Lanka, Ukrayna, Latviya, Gürcüstan və digər ölkələrdən gələn 150-dən artıq şirkət iştirak edir.
Ölkəmizi bu sərgidə Azərbaycandakı “Grow Group” istixana qrupu təmsil edir.
Sərginin Azərbaycan guşəsinə gələnlərə “Grow Group” istixana qrupunun fəaliyyəti və xidmətləri haqqında məlumat verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd