Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Daşlarda yaşayan tarixin gözəlliyi

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan memarlığı nəhəng daş kitaba bənzəyir. Onun səhifələrində uzaq və yaxın keçmişimizin, tarixi inkişafımızın müxtəlif dövrləri öz əksini tapıb. Bu kitabı Şuşasız təsəvvür etmək olmaz. Yerləşdiyi məkanın unikallığı ilə diqqəti cəlb edən bu şəhər bütün mənalarda çoxəsrlik tariximizin son bir neçə yüzilliyini elə bir əlçatmaz mənəvi dəyərlərlə zənginləşdirib ki, onların hər biri haqqında saatlarla danışmaq olar. Dünyada “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” kimi tanınan, hər birimizin qürurverici mənəvi dayağına çevrilən qala-şəhərin özünəməxsus landşaftı yerli memarlara yaradıcı təxəyyüllərini qanadlandırmağa, buranın təbii gözəlliyinə əlavə rəng qata biləcək maraqlı tikililər ərsəyə gətirməyə imkan verib.

Doğrudan da, şəhərin iyirmiyədək məhəlləsində yerləşən və milli memarlıq ənənələrimiz əsasında ucaldılan orijinal biçimli tikililər, Şuşanın və ətrafının gözoxşayan guşələri, o cümlədən Cıdır düzü, Daşaltı, “Xəzinə qala” mağarası və digər təbii gözəllik qaynaqları buraya ayaq basan insanların heyrət qaynağına çevrilib, gördüklərini rəng və cizgilərlə ifadə edən rəssamları isə zaman-zaman ilhamlandırıb.

Bu rəssamların arasında memar-rəssam, Əməkdar İncəsənət Xadimi, professor Elturan Avalovun (1940) Şuşaya münasibəti digərlərindən fərqlənir, desək, yanılmarıq. Hələ gənclik illərində “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda yazdığı və 1973-cü ildə müdafiə etdiyi dissertasiyada “Qarabağın incisi”nə yönələn maraq və məhəbbət sonrakı illərdə yaradılacaq çoxsaylı qrafik işlərin əsas leytmotivinə çevrilib. Bu əsərlərdə onun daşlarda yaşayan tarixin gözəlliyini bütün incəliyinə kimi tamaşaçıya çatdıra bilməsi kifayət qədər görünəndir... Əlavə edək ki, onun şəhərə sonsuz sevgisinin kökündə həm də anası Məhbubə xanımın əslən Şuşadan olması dururdu. Körpə yaşlarından başlayaraq ömrünün müxtəlif illərini Şuşada keçirən və buranın hər məhəlləsinə bələd olan E.Avalov sonralar əslində özünün uşaqlıq və gənclik dövründə yaddaşına hopan təəssüratlarına bədii tutum verib.

Onun “şəhər-qala”nın memarlıq incilərinə yaradıcı memar-rəssam münasibətindən Şuşanın, sözün əsl mənasında, cəlbediciliyi və ecazkarlığı ilk baxışdan duyulan “memarlıq salnaməsi” yaradılıb.

E.Avalovun bütünlükdə “Şuşa” adlanan bu qrafik silsiləsi qısa zaman distansiyasından belə tarixi mahiyyət daşıdığını təsdiqləyib. Çünki şəhərin işğalından sonra burada əvvəllər rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin taleyindən tam xəbərimiz yoxdur. İndiki halda isə memar-rəssamın ərsəyə gətirdiyi bu qrafika nümunələri bədiiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-1770-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahimxəlil xanın qəsri (XVIII əsr), Xan sarayı (XVIII əsr), Yuxarı Gövhər ağa məscidi (XVIII-XIX əsrlər), Saatlı məscidi (XVIII əsr), Aşağı Gövhər ağa məscidi (XVIII-XIX əsrlər), Xurşidbanu Natəvanın evi (XIX əsr), Mehmandarovların mülkü (XVIII əsr), Xurşidbanu Natəvanın tikdirdiyi karvansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşadan abidələrdəndir.

Çox vaxt sənətkarlarımızın yaşadıqları dövrə “bədii güzgü” tutmaqda gecikmələrinin qarşılığında E.Avalovun ağ-qara cizgilərdən “boylanan” əsərləri həm də onun yaradıcı-vətəndaş mövqeyini nümayiş etdirir. Rəssamın Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiiliyin uğurlu sintezi silsilənin əhəmiyyətini artıran amillərdəndir. Odur ki, tamaşaçı onların hər biri ilə üz-üzə, göz-gözə qalanda təkcə milli memarlarımızın yaradıcı təxəyyülünə heyranlığını ifadə etməyib, həm də daşlarda hifz olunan bənzərsiz gözəlliyi dərindən duymaqla, yaddaqalan biçimdə bədiiləşdirməyə nail olan rəssamın sənətkarlığını yüksək dəyərləndirir.

Sayı 50-yə çatan və tuş-pero texnikasında ərsəyə gətirilən bu qrafik lövhələrdə “Elturan Avalov dəst-xətti” və ifadə üslubu dərhal diqqəti cəlb edir. Hər motivi qeyri-adi cizgi improvizələri ilə gerçəkləşdirən rəssam müxtəlif formalı cizgilərlə, sözün əsl mənasında, “daşlaşmış poetika” kimi qəbul olunan milli memarlıq tikililərinə düşündürücü estetik tutum bəxş edib. Onun “Yuxarı Gövhər ağa məscidi” əsəri buna əyani nümunədir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydanın mərkəzinə yaraşıq verən daş bulağın və bütün bu gözəlliyə rəng qatan yaşıllığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq, doğrudan da, şaşırdıcıdır...

Eyni estetik təəssüratı onun böyük şövqlə yaratdığı “Zöhrabbəyovların evi”, “Gəncə qapısı”, “Mehmandarovların evi”, “Çuxur məhəllə”, “Xan evi”, “Bəstəkar Üzeyir Hacıbəylinin evi”, “Mamayi məhəlləsi”, “Şeytan bazarı”, “Xan qızı Natəvanın evi” və başqa əsərlərindən də almaq mümkündür.

Ağ-qara cizgilərlə memarlıq abidələrinin və onun müxtəlif ayrıntılarının, təbiət motivlərinin və onun ayrılmaz parçası olan müxtəlif formalı ağacların daşıdığı estetik qaynağı üzə çıxarmaq, onun cəlbediciliyinə nail olmaq nə qədər çətin olsa da, E.Avalov bunu çox sənətkarlıqla həyata keçirir. “Zöhrabbəyovların evi”, “Çuxur məhəllə”, “Mehmandarovların evi”, “Saatlı məhəlləsinin məscidi” və “Çuxur məhəllə meydanı” əsərlərində ağacların təqdimatındakı rəngarənglik kimi, “Gəncə qapısı”, “Xan Şuşinskinin evi”, “Mircanlı məhəlləsi”, “Aşağı Gövhər ağa məscidi”, “Xan evi” lövhələrində müxtəlif formalı daşlardan “boylanan” gözəllik qabarıq və yaddaqalandır.

Ən qəribəsi isə rəssamın hər bir əsərdə tətbiq etdiyi sayagəlməz cizgi improvizələrinin və incəliklərinin bədii bütövlüyünə nail olmasıdır. Qənaətimizcə, sənətkar məhz cizgilərin duyulası ritminin və axıcılığının bir araya gətirilməsi sayəsində tamaşaçını ovsunlayan bu bütövlüyə nail olub.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təsviri incəsənət” kafedrasının müdiri vəzifəsində çalışan E.Avalov Şuşa sevgisini bu gün də yaşatmaqdadır. Onun yeni yaratdığı əsərlər də bunu təsdiqləyir. Rəssam-memarın ən böyük arzusu Azərbaycanımızın bu ayrılmaz parçasında yerli sənətkarların əli ilə yaradılmış Şuşanın memarlıq tarixini, onun bədiiləşmiş “daş möcüzəsi”ni - gözəlliyini dünyaya göstərməkdir.

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib