Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcəkdir

Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, “Təhlükəsiz şəhər” və “102” xidmətlərində”, həmçinin bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələnin aktuallığı ilə seçildiyini və vacibliyini vurğulamış, mahiyyətinə görə onların insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri, perspektiv vəzifələri ehtiva etdiyini bildirmişdir.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov çıxış etmişdir. O demişdir ki, xidmətin strukturu muasir dövrün tələblərinə uyğun yenilənən funksiyalara uyğunlaşdırılmış, ştatları optimallaşdırılmış, normativ-hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, əməliyyat şəraitinin izlənilməsində və nəzarətdə saxlanılmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş xarakter almışdır.

Bildirilmişdir ki, cari ilin əvvəlində 56 polis orqanının “102” Xidməti Zəng Mərkəzinə qoşulması ilə sistemin respublikanın bütün ərazisini əhatə etməsi üzrə işlər başa çatdırılmışdır. Nəticədə regionlarda əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarət xeyli güclənmiş, bütövlükdə ərazi polis orqanlarının, nizami hissələrin operativliyi və çevikliyi yüksəlmişdir. Cari ilin 10 ayında Xidmətin imkanları ilə 228 cinayət, o cümlədən 1 qəsdən adam öldürmə, 1 qəsdən adam öldürməyə cəhd, 3 quldurluq, 6 soyğunçuluq, 9 qəsdən sağlamlığa zərər vurma, 23 nəqliyyat vasitəsinin qaçırılması, 58 oğurluğa cəhd, 59 oğurluq və 68 xuliqanlıq “isti izlərlə” açılmışdır. Məişət zəminində baş vermiş 5754 hüquqazidd əməlin qarşısı alınmış, müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş 16799 vətəndaşa hüquqi yardım göstərilmiş və ya müvafiq izahlar verilmişdir. Nazirliyin aidiyyəti strukturları tərəfindən polis əməkdaşları barədə “Qaynar xətt”ə daxil olmuş 461 şikayətin araşdırılması təmin edilmişdir.

“Təhlükəsiz Şəhər” Sisteminin videomüşahidə vasitələri ilə 4305, o cümlədən 3707 avtomobil qəzası (toqquşma), 247 asayişin pozulması, 99 piyada vurulması, 51 yanğın, 13 avtoxuliqanlıq, 1 qəsdən sağlamlığa zərər vurma və sair hadisə qeydə alınmışdır. Həmçinin, piyadaların ölümü və xəsarət almaları ilə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin, 5 soyğunçuluq, 4 oğurluq, 3 quldurluq, 2 qəsdən adam öldürmə, 1 qəsdən sağlamlığa zərər vurma, 1 xuliqanlıq cinayəti açılmış, itkin düşmüş 2 şəxs tapılmışdır. Cinayət və hadisələrin araşdırılması ilə bağlı məhkəmə, prokurorluq və polis orqanlarının 604 sorğusu cavablandırılmışdır.

Qeyd olunmuşdur ki, cari ilin 10 ayında “102” Zəng Mərkəzinə daxil olmuş məlumatların sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,5 dəfə artmış, bu müddətdə qeydə alınmış cinayət xarakterli 10831 məlumatın 85 faizi araşdırma zamanı təsdiqlənmişdir.

Bütövlükdə ötən bir ildə həyata keçirilən tədbirlər vətəndaşların qanuni mənafelərinin, konstitusion hüquqlarının daha etibarlı qorunmasına, onların müraciətlərinə vaxtında və operativ reaksiya verilməsinə dair ölkə Prezidentinin müvafiq tapşırıqlarının uğurla yerinə yetirilməsinə yönəldilmiş, göstərilən sahədə əldə olunmuş müsbət nəticələrin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir.

Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasında göstəriciləri aşağı olan şəhər-rayon polis orqanlarına zəruri əməli kömək göstərilmiş, bağlı qalmış müvafiq cinayətlərin açılması üçün adekvat tədbirlər görülmüşdür.

Həyata keçirilmiş təşkilati-praktik tədbirlərin nəticəsi olaraq 2009-cu illə müqayisədə ötən il ölümlə nəticələnən cinayət tərkibli yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz azalmışdır. Son 3 ilə yaxın bir dövrdə müvafiq cinayətlərin açılma göstəricisi yüksək olmaqla orta hesabla 95 faiz təşkil etmişdir. Ərazi polis orqanlarında 1308 analoji cinayətin istintaqı tamamlanıb məhkəmələrə göndərilmiş, 942 cinayət işi xitam edilmişdir. Bu növ hüquqazidd əməlləri törətmiş 1193 şəxs müəyyənləşdirilmiş, onlardan 905 nəfəri cinayət məsuliyyətinə cəlb olunmuşdur. Digər tərəfdən, “Təhlükəsiz şəhər” xidmətinin video-müşahidə vasitələrinin tətbiqi ilə 6416 yol-nəqliyyat qəzası, o cümlədən piyadaların vurulması ilə bağlı 134 hadisə aşkarlanmış, habelə qeyri-aşkar şəraitdə törədilən müvafiq cinayətlərin 30,1 faizinin açılmasında elmi-texniki vasitələrdən istifadə edilmişdir.

Müzakirələrdə çıxış edənlər görülən işlərdən, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlardan danışmış, onların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz vermişlər.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, cinayətlərin qarşısının alınması və açılması sahəsində həyata keçirilən hərtərəfli təşkilati-praktiki tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı və baxılmasında, polisə gətirilən şəxslərin hüquqlarının qorunmasında, cinayət və hadisələrə çevik reaksiya verilməsində əhəmiyyətli rolu olan növbətçi hissələrin fəaliyyətinin təkmilləşdirilməsinə də böyük önəm verilir. Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə nazirlik sistemində həyata keçirilmiş mühüm layihələrdən olan “102” xidməti - Zəng Mərkəzi və “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə sistemlərinin yaradılması cinayətlərin qeydiyyatına, növbətçi hissələrdə vətəndaşların qəbuluna mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirmiş, habelə əməliyyat şəraitinin fasiləsiz izlənməsinə böyük imkanlar yaranmışdır.

Gündəlikdəki ikinci məsələyə diqqəti cəlb edən nazir ölkə həyatının bütün sahələrində olduğu kimi, son illər yol-nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamların və təsdiqlədiyi Dövlət proqramlarının, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin yaxşılaşdırılması üzrə əhəmiyyətli tədbirlərin görülməsi ilə səciyyəvi olduğunu vurğulamışdır. O, hərəkət iştirakçılarının həyat və sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasının polisin əsas vəzifələrindən olması baxımından, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işləri hər bir orqan rəisinin ciddi nəzarətdə saxlamasını tələb etmişdir.

Daxili işlər naziri gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini vermiş, ayrı-ayrı nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarını göstərmiş, həmçinin tədbir iştirakçılarının diqqətini cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində mühüm əhəmiyyət kəsb edən bir sıra digər məsələlərə yönəltmişdir.

Cari ilin başa çatmasına bir aydan da az vaxtın qaldığını xatırladan general-polkovnik Ramil Usubov iclas iştirakçılarının diqqətini səylərin daha da artırılmasına, bütün qüvvə və imkanların ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına səfərbər olunmasının vacibliyinə cəlb etmişdir. O, dövlət başçısı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın keşiyində daha sayıq dayanacaq, qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb