DAYANMIŞ QUYULAR İŞƏ SALINACAQDIR
Son bir ildə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin kollektivi hasilatı artırmaq məqsədi ilə quyularda 86 texnoloji və geoloji -texniki tədbir görmüşdür.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, nəticədə hasilat 10 min 516 ton artmışdır. Bu, nəzərdə tutulduğundan 3,5 dəfə çoxdur.
Mədənlərdə 144 quyunun 135-i qazlift, 9 quyu isə fontan üsulu ilə işləyir.
Hazırda idarənin balansında 17 dayanmış quyu var. Neftçilər bu il müxtəlif tədbirlər görməklə həmin quyuların bir hissəsini işə salmağı nəzərdə tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [13:55]
“Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb
- 12.11.2026 [12:15]
® “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqlayıb
- 12.11.2026 [12:03]
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]