Dekabrda OPEC-in neft hasilatı artıb
Bakı, 14 yanvar, AZƏRTAC
Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı əvvəlki aya nisbətən 105 min barel artaraq gündəlik 28 milyon 564 min barelə çatıb.
AZƏRTAC OPEC-in hesabatına istinadla xəbər verir ki, təşkilat üzrə ötən ay hasilatın ən böyük artımı İraqda, ən böyük azalma isə Venesuelada baş verib. İraqda hasilat 55 min barel artaraq sutkada 4 milyon 119 min barel olub. Venesuelada isə istehsal 60 min barel azalaraq gündəlik 896 min barelə düşüb.
Hesabat ayında OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı noyabrla müqayisədə 238 min barel azalaraq gündəlik 42 milyon 831 min barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]
Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]