DELFİN ÜÇÜN… PROTEZ
AZƏRTAC xəbər verir ki, Florida dəniz akvariumunun əməkdaşları delfin üçün protez hazırlamışlar.
Uinter adlı dişi delfin təqribən ikiaylığında yengəclər üçün qurulmuş tələyə düşərək, quyruğunu itirmişdi. Xilasedicilər delfini Florida sahillərində taqətsiz vəziyyətdə tapmış və onu Florida dəniz akvariumuna gətirmişlər. Mərkəzin əməkdaşları Uinterin həyatını xilas etmək üçün əllərindən gələni etmiş və balaça delfin sağ qalmışdı. Lakin quyruğunu ona qaytara bilməmişdilər. Quyruqsuz isə delfin üzməyi bacarmır, yalnız dalğalar qoynunda o tərəf-bu tərəfə yırğalanırdı.
Belə vəziyyətdə Uinter üçün yeganə qurtuluş yolu süni quyruq ola bilərdi. Bu vaxt artıq itlər, dəvəquşular və hətta ördəklər üçün protez hazırlayan Kevin Kerroll öz köməyini təklif etmişdir: “O vaxt mən hələ bilmirdim ki, delfin üçün protez üzərində iş bir il yarım vaxt aparacaqdır. Çətinlik onda idi ki, istənilən istiqamətdə hərəkət edə bilən protez hazırlamalı idim”.
Uinter üçün axır ki, quyruq düzəltdilər. Quyruq silikondan və plastikdən hazırlanmışdır və bu, adı delfin quyruğuna çox bənzəyir. Hazırda Uinter təzə üzgəcə öyrəşir və dəniz akvariumunda yenidən üzmək öyrənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]