“Delta” ştammı Danimarkada sürətlə yayılır
Stokholm, 14 iyul, Rauf Əliyev, AZƏRTAC
Koronavirusun “delta” ştamı Danimarkada sürətlə yayılmaqdadır.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son bir həftə ərzində ortalama koronavirusa yoluxan hər 10 nəfər digər 13 nəfəri yoluxduraraq virusun daha çox yayılmasına səbəb olub.
Son günlərdə 5 milyon əhalisi olan Danimarkada hər gün təxminən 1000 yoluxma qeydə alınıb. Eyni zamanda, ağır fəsadlarla davam edən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı son sutkada 10 nəfər artaraq 47-yə çatıb.
Keçən həftə Danimarka Səhiyyə Nazirliyi koronavirusa yoluxma sayının yüksəlməsini, insanlarda getdikcə daha çox rast gəlinən daha yoluxucu “delta” ştammı ilə əsaslandırıb. Öz növbəsində, Ölkənin Dövlət Peyvənd İnstitutu (Statens Serum İnstitut), son həftədə müsbət testlərin 55,4 faizinin “delta” variantı olduğunu qeyd edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]