İQTİSADİYYAT
Dəmir yolunun Muğan-Qarasu mənzilində hərəkət birtərəfli bərpa edilmişdir VİDEO
Bakı, 30 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, yanvarın 29-da saat 12:15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmışdır. Nəticədə 6 taxıl və 1 tikinti materialı vaqonu aşmış və yükü dağılmış, hər iki istiqamətdə qatarların hərəkəti dayandırılmışdır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səhmdar Cəmiyyətin infrastruktur departamentinin, “Dəmiryolservis” MMC-nin və “Fövqəladə Hallar Qatarı” MMC-nin canlı qüvvəsinin və texnikasının səyi ilə gecə saat 23:30-da hərəkət birtərəfli (Böyük-Kəsik-Bakı istiqamətində) bərpa edilmişdir. Sərnişin və yük qatarlarının hərəkətində heç bir ləngimə qeydə alınmamışdır.
Hazırda yolun ikitərəfli hərəkətinin bərpası üçü işlər davam edir.