İQTİSADİYYAT
“Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 30 mart, AZƏRTAC
Aprelin 6-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64, mənzil 64 ünvanında yerləşən fərdi yaşayış (ümumi sahəsi 91 kvadratmetr) sahəsinin martın 16-da keçirilən ilkin hərracı baş tutmayıb. Daşınmaz əmlakın təkrar hərracı aprelin 6-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək. Daşınmaz əmlakın satış qiyməti 102 min 850 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67