Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd ediblər

Bakı, 25 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər.

Peşə bayramı günündə Azərbaycanın dəniz nəqliyyatı işçiləri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycanın himni ilə başlayan mərasimdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə təbrik edib. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən Rauf Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışıb. Gəmiçiliyin rəhbərliyi bildirib ki, AXDG qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri aparılıb, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada gəmiçilikdə SAP sisteminin modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub.

Rauf Vəliyev gəmiçilikdə gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb. Bildirib ki, son beş ildə AXDG-nin donanmasına 20-dən çox gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Xəzərdən kənarda fəaliyyətin bərpasına toxunan Rauf Vəliyev bu sahədə də nəzərəçarpacaq addımların atıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən beş il müddətində gəmiçiliyin Qara və Aralıq dənizi regionunda 13 gəmisi istismara verilib. Gəmiçiliyin uzunmüddətli hədəflərinə beynəlxalq yükdaşıma bazarlarında tanınan iştirakçılardan birinə çevrilməsi ilə yanaşı, sərbəst fəaliyyət göstərən, səhmdara dividend gətirən kommersiya təşkilatına çevrilməsi də aiddir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıdakı 10 il ərzində 72 gəmi almağı planlaşdırır. bu hədəfin reallaşdırılması üçün 1,5 milyard dollarlıq investisiya paketi hazırlanıb, hazırda müzakirə edilir. Bu maliyyənin bir hissəsinin AXDG, bir hissəsinin də dövlət hesabına ödənilməsi nəzərdə tutulur. AXDG 4 il müddətində davamlı olaraq öz mənfəətini artıran şirkətdir. Gəmiçiliyin mənfəətlilik dərəcəsi 20 faizdən yuxarıdır və 2015-ci ildən 2017-ci ilə kimi şirkətin kapitallaşması 310 milyon manat artıb. QSC 1 milyard manata yaxın dəyəri olan şirkətdir və son 4 ildə 473 milyon manat kapital qoyuluşu edib. Bu kapital qoyuluşunun 99 faizini öz qazancı hesabına həyata keçirib”, - deyə R.Vəliyev vurğulayıb.

Bu istiqamətdə genişmiqyaslı layihələrin bundan sonra da davam edəcəyini deyən QSC sədri əlavə edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatı sahəsində dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir.

Dənizçiləri bayram münasibətilə təbrik edən Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirib ki, Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir. Ümumiyyətlə hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dövlət Dəniz Agentliyinin BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə toxunan Qüdrət Qurbanov bildirib ki, respublikada iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməyib və bu sahəyə Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.

Tədbir iştirakçılarını bir daha təbrik edən Q.Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən digər qonaqlar son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və tendensiyalardan danışıblar.

Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə çıxışında 160 illik tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu gün fəaliyyətini müasir standartlara cavab verən bir şirkət kimi davam etdirməsinin qürurverici olduğunu bildirib. Millət vəkili qeyd edib ki, gəmiçilik Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verir.

Çıxışlardan sonra əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.

Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də 2017-ci ilin yekunlarına görə, “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verilib.

Daha sonra dənizçilərə həsr olunan “Dənizçilər sağ olsun!” mahnısı ifa olunub. Xalq Artisti Mübariz Tağıyevin ifa etdiyi mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə Faiq Sücəddinovdur.

Tədbirin sonunda “Dənizçi günü” peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyevə dəniz nəqliyyatı işçiləri adından müraciət qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib