REGİONLAR
Dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən 2 milyon 833,5 min ton məhsul götürülüb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 958,2 min hektarı biçilərək, həmin sahələrdən 2 milyon 833,5 min ton məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil edib.
Bundan əlavə, məhsulu toplanmış 13,9 min hektar dən üçün qarğıdalı sahəsindən 75,9 min ton məhsul götürülüb.
Məhsul yığımı başlanandan sentyabr ayının 1-dək sahələrdən 734,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,4 min ton çox kartof, 985,6 min ton (25,9 min ton az) tərəvəz, 435,3 min ton (21,0 min ton az) bostan məhsulları, 355,5 min ton (2,9 min ton çox) meyvə və giləmeyvə, 34,5 min ton (2,7 min ton az) üzüm, 738,6 ton (359,2 ton çox) yaşıl çay yarpağı, 2579 ton (183,6 ton çox) tütün yarpağı yığılıb.
Hesabat dövründə sahələrdən 14,3 min ton və ya əvvəlki ilin eyni dövrünə nisbətən 752 ton az dən üçün günəbaxan məhsulu toplanıb.