REGİONLAR
Dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 940,4 min hektarı biçilib
Bakı, 19 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,96 faizi, yaxud 940,4 min hektarı biçilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sahələrdən 2691,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az məhsul götürülüb.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 34,9 min hektar dən üçün qarğıdalı sahəsindən 220,2 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,1 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2911,3 min ton olub.