Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı ermənilərə çox mühüm mesaj oldu

Deputat: Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı ermənilərə çox mühüm mesaj oldu

Bakı, 19 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin bir sıra məqamlarına aydınlıq gətirdi. Bu məqamlar sırasında Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişi ön sırada dururdu. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfinin təklifi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasından, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilməsindən, kommunikasiyaların açılması prosesinə başlanılmasından və sülh müqaviləsi imzalanmasından ibarətdir. Azərbaycan Prezidenti onu da xatırlatdı ki, hərçənd, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. Təbii ki, bu məsələ təsadüfən xatırladılmadı. Təcrübə də göstərir ki, ermənilər bu və ya digər imzanın məsuliyyətindən asanlıqla qaçırlar. Biz bunu Ermənistan tərəfinin imzaladığı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar bəyanatlarına münasibətində də görmüşük. Amma bölgədə sülhün yaranması üçün bu gün ciddi addımlar atılmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Deputat deyib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasından keçdiyini yaxşı başa düşür. Ermənilər isə buna hazır deyillər. Niyə? Təkcə ona görəmi ki, bununla Qarabağ iddialarından tamam imtina etmiş olurlar? Məncə, təkcə buna görə yox. 70 illik sovet dönəmində Ermənistan qanunsuz olaraq Azərbaycanın müxtəlif bölgələrindən kifayət qədər əlavə ərazi ələ keçirib, indi o torpaqlar da Azərbaycana geri qaytarılmalıdır. Ermənistan hakimiyyəti həm də bundan qorxur. Amma onu da başa düşməlidir ki, delimitasiya məsələsi həll olunmayacağı təqdirdə, Azərbaycan bu məsələni təkbaşına və öz bildiyi kimi həll edə bilər. Bu isə Ermənistan üçün daha böyük itkilərlə nəticələnə bilər. Prezident İlham Əliyev müsahibəsində buna açıq işarə də vurdu: “Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

“Zəngəzur dəhlizi məsələsi 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, Ermənistan tərəfi istəsə də, istəməsə də, Azərbaycan bu dəhlizi açacaq, xoşluqla qoymasalar, zorla açacağıq. Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bu fikrini bir daha səsləndirdi. Əlavə etdi ki, Azərbaycan hazırda Zəngəzurun hava məkanından istifadə edir, həm də Ermənistandan icazə almadan istifadə edir. Çünki bu, beynəlxalq dəhlizdir və ondan istifadə etmək Azərbaycanın suveren hüququdur. Hətta Prezident İlham Əliyev bu məkanı Zəngəzur dəhlizinin hava versiyası adlandırdı. Bildirdi ki, son zamanlar Ermənistan tərəfi, nədənsə, Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Əlavə etdi ki, “Zəngəzur dəhlizi” ifadəsini siyasi leksikona o gətirib və bu gün bu ifadə beynəlxalq leksikona daxil olub.

Həmişə olduğu kimi, Zəngəzur məsələsində də Prezident İlham Əliyev qarşı tərəfə yenidən dərs verdi. Bildirdi ki, onun bu dəhlizi “Zəngəzur dəhlizi” adlandırmasının obyektiv səbəbi, siyasi-tarixi əsası var. Birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır: Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir”. Bəlkə də Azərbaycanda çox az adam bilir ki, Qərbi Azərbaycanda Zəngəzur toponimi ilə eyniköklü Zəngi hidronimi var və indi bu hidronim Razdan adını daşıyır. Bu bir kəlməlik informasiya ilə Prezident İlham Əliyev milli dəyərlərimizə sahib çıxmağın çox gözəl nümunəsini göstərdi. Elə hesab edirəm ki, bu mesaj özünün lazımi ünvanına çatmış oldu”, - deyə Ə. Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” anlayışına verdiyi yeni məzmun da diqqətəlayiqdir: “Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”. Bu, artıq “Zəngəzur dəhlizi” anlayışına yeni və tamamilə haqlı yanaşmadır və bütün mahalın gələcək taleyinə hesablanmış yanaşmadır. Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın öz mövqeyində nə qədər ciddi olması yönündə ermənilərə çox mühüm mesaj oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb