Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dərin narahatlıq - Təhlil

Dərin narahatlıq -  Təhlil

Milli həmrəyliyimiz və birliyimiz Azərbaycana qarşı davamlı şəkildə aparılan qərəzli siyasətə və informasiya müharibəsinə ən gözəl cavabdır

 

Bakı, 4 sentyabr, AZƏRTAC

Emosionallıq siyasətdə olduqca zərərli təzahürdür. Çox vaxt siyasi rəqibin təxribatları da məhz əks tərəfin emosional tarazlığını itirməsinə hesablanıb. Ancaq insan öz “təbiəti”ndən qaça bilməz. Həyatımızda baş verən hər bir görüş, təmas və ünsiyyət ilk növbədə emosional hadisələrdir. Təsadüfi deyil ki, bəzən bizim həqiqi xüsusiyyətlərimizi büruzə verən əsas amil də məhz baş verən müxtəlif hadisələrə göstərdiyimiz təpki və reaksiyalardır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Dərin narahatlıq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə edirik” açıqlaması qeyri-ixtiyari şəkildə emosional reaksiyama səbəb olub. Özünün dünyanın taleyini həll etmək iqtidarında olduğunu hesab edən “super dövlət” və beynəlxalq təşkilatların ritorikasında tez-tez rast gəlinən “dərin narahatlıq” ifadəsi nədənsə daha çox “konkret bölgələrin “ağrılı nöqtəsini” tapmışıq və həmin məsələyə öz milli marağımıza uyğun şəkildə baxa bilərik” anlamına gəlir.

Qeyd olunan konteksti inkişaf etdirərək prinsipial olaraq Prezident İlham Əliyevin çıxışından növbəti sitatı gətirmək istərdim: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Bu cür bəyanatların və bu cür mövqeyin sərgilənməsinin əsl mənbəyi məhz siyasi iradə, öz xalqına arxayınlıq, habelə lazımi potensiala sahib olmaq və daim həqiqətin, həmçinin ali ədalətin yanında durmaqdır.

“Dərin narahatlıqlar”ın aradan qaldırılmasını “super güclər” nədənsə yalnız əraziyə müdaxilə etməkdə görürlər. Müdaxilə etmə aləti isə münaqişə və “demokratiya”dır. Təəssüflər olsun ki, qeyd olunan təsbit müasir beynəlxalq münasibətlər sisteminin artıq qaçılmaz reallığıdır.

Bu “narahat olanlar”ın böyük əksəriyyəti xəritədə Laçını və ümumiyyətlə Qarabağı tapmasalar, təəccüblü olmaz. Beynəlxalq münasibətlərin şərti “Əxlaq kodeksi” artıq çoxdandır ki, təhrif olunub. Beynəlxalq təşkilatlar çərçivəsində əsas söz sahibi olan aparıcı ölkələr artıq yalnız milli maraqlarından çıxış etdiklərini heç “kamuflyaj” etməyə belə ehtiyac duymurlar. Əlbəttə ki, bu cür mühit geosiyasətdə oyun qaydalarını dəyişdirir və yeni münaqişələrin yaranma ehtimalını artırır.

Bəs görəsən, “narahat olan” bu güclər manipulyasiya obyekti kimi istifadə etmək istədikləri ölkələrin və həmin ölkələrdə yaşayan xalqların əsas narahatlıqlarını bilirlər? Əlbəttə ki, sual ritorikdir və cavaba ehtiyac yoxdur. Cavabların axtarışı əvəzinə həmin təşkilatlar və ölkələr müdaxiləni artırmaq, habelə təsir göstərmək üçün yeni imkan və bəhanələr axtarırlar.

Əminəm ki, Azərbaycan ictimaiyyəti Laçın dəhlizi ətrafında dəxilsiz manipulyasiyalardan, Qarabağ əvəzinə israrla “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunmasından, “humanitar böhran” nağıllarından, “humanitar yardım” adlı “maşın-maşın” oyunlarından, irqçilik ilə bağlı demaqogiya və söz oyunbazlığından, habelə əlvan “demokratiya festivalları” və digər psevdoliberal şoulardan artıq çoxdan bezib və çox narahatdır. Buna baxmayaraq, Prezident İlham Əliyev bütün bu narahatlıqlara növbəti dəfə öz sözləri ilə nöqtə qoydu: “Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz”.

Ölkənin hər bir vətəndaşı həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməklə milli həmrəyliyin və dövlətin inkişafı prosesində fəal iştirak etməlidir. Böyük tarixə malik olan qüdrətli Azərbaycan xalqı imkan verməz ki, dövlətimizin ərazisi başqa ölkələrin maraqlarının toqquşması səhnəsinə çevrilsin. Ölkələrin taleyini həll etmək iddiasında olan “super güclər”ə və beynəlxalq təşkilatların özlərinə “Dünya artıq sizin oyun və “ikili standartlar” siyasətinizdən çox dərin narahatlıq içindədir” kimi sözlərin deyilməsinin zamanıdır. Milli həmrəyliyimiz və birliyimiz bu cür məkrli siyasətə və Azərbaycana qarşı davamlı şəkildə aparılan qərəzli informasiya müharibəsinə ən gözəl cavabdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edilib

Vəkil köməkçilərinin reyestri istifadəyə verilib

“Biletim.az” portalı üzərindən bilet satışı 1,6 dəfə artıb

“Barselona” Rafinya ilə yeni müqavilə imzalayıb

® “Unibank” ağacəkmə kampaniyasında iştirak edib

Elşad Məmmədli: Daşınmaz əmlak sahəsində vahid mexanizmin tətbiqi dayanıqlı inkişaf üçün vacibdir

Qəhrəmanlıq salnaməmizin qüruru - AzMİU-da Zəfər Günü qeyd olunub

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub

Estoniyanın IT şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

Elşad Məmmədli: Daşınmaz əmlak sahəsində vahid mexanizmin tətbiqi dayanıqlı inkişaf üçün vacibdir

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb

BMU-da Zəfər tarixi və milli həmrəylik mövzusunda tədbir təşkil olunub

Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir

Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər

BDU ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında anlaşma memorandumu imzalanıb

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”: Bakı metrosunda fotosərgi

Aşqabadda “MAMA NATURE” beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub

Nazirlik rəsmisi: Tikinti tullantılarının 85 faizi təkrar emal olunaraq iqtisadi dövriyyəyə qaytarıla bilər

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Numon Muhammadiyev: Dövlət qurumları cəmiyyət və ətraf mühit qarşısında da məsuliyyət daşımalıdır

Nəğməyə çevrilən Qələbə: Xor və orkestrin Zəfər töhfəsi

BMT Azərbaycana “ASAN xidmət”ə görə xüsusi sertifikat təqdim edib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb

“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir

Ağdam rayonunda 30 milyon tona yaxın söküntü tullantısı var

Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb

“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luiz İnasio Lula da Silvaya

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçinin “Gündəliklər”ində

Media nümayəndələrinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İcraçı direktor: Süni intellektin effektiv tətbiqi üçün düzgün məlumat və kontekst əsas şərtdir

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycançılıq insanları etnik mənsubiyyətinə görə deyil, ortaq dövlətçilik və Vətən sevgisi ətrafında birləşdirir – ŞƏRH

Coğrafiya İnstitutunda iqlim dəyişiklikləri və hidroloji risklər araşdırılır

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İsrailli politoloq: Avropa liderləri dünyanı xilas etməyə çalışırlar, amma öz xalqlarının etimadını itirirlər

“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Lana Morgoşia: Hökumətlər əməkdaşlıq və məsuliyyətli innovasiya mədəniyyətini təşviq etməlidirlər

Baş prokuror Abşeronda vətəndaşları dinləyib

Baş icraçı direktor: Qarışıq təyinatlı məkanların inkişafında müştəri ehtiyacları ilkin mərhələdən nəzərə alınmalıdır

Umud Mirzəyev: Etirazlar Avropa institutları üçün də ciddi məsuliyyət sınağıdır

“AzərEnerji” Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi”: Dəyirmi masa

Pakistan həbsxanalarından azad edilən 416 əfqan məhbus vətəninə qayıdıb

Riyaziyyatın anlamaəsaslı tədrisinə dair metodik vəsait hazırlanıb

Misir mediasında Azərbaycanın Zəfər Günü ilə bağlı məqalə dərc olunub

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub

Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib

Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub

FAO: Balıqçılığın davamlı inkişafı üçün məsuliyyətli akvakultura əsas prioritet olmalıdır

Həsənoğlunun böyük çağdaşı Qənbəroğlu haqqında yeni faktlar üzə çıxarılıb

Avropada aviareyslərdə bomba təhlükəsi: təyyarələr yoxlanılır

Səməd Vurğun “Vaqif”i hansı ağır sınaqlar içində yazıb?

Şəhərin ritminə qoşulan ikitəkərlilər - FOTOREPORTAJ

Bakıda dəyişən idarəetmə mühitində yeni institusional modellər mövzusu müzakirə olunub VİDEO

Bakıda dəyişən idarəetmə mühitində yeni institusional modellər mövzusu müzakirə olunub VİDEO

® “Samsung” televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?

"Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb

Azər Bayramov: Süni intellekt yeni dünya üçün tələb olunan bacarıqları yenidən formalaşdırır

Milli ideologiya Azərbaycanın tarixi Zəfərinin və orta güc statusunun əsas dayaqlarındandır - ŞƏRH

Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb VİDEO

Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb VİDEO

ADAU-da Zəfər və Dövlət Bayrağı günləri münasibətilə tədbir təşkil edilib VİDEO

ADAU-da Zəfər və Dövlət Bayrağı günləri münasibətilə tədbir təşkil edilib VİDEO

Çinin vitse-prezidenti Han Çenq ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Qarabağdakı investisiya imkanları İstanbulda tanıdılacaq

İsmayıl Kartal “Traktor” klubundan rəsmi təklif alıb

Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq

Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunacaq

Bakıda beynəlxalq sammitdə dövlət idarəçiliyinin gələcəyi və institusional islahatlar müzakirə olunub VİDEO

Bakıda beynəlxalq sammitdə dövlət idarəçiliyinin gələcəyi və institusional islahatlar müzakirə olunub VİDEO

“Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas yanaşmalar" - PANEL SESSİYA

Seneqallı nazir: Dövlət qurumları vətəndaşların ehtiyaclarına uyğunlaşmalıdır

Qvineya 2040-cı ilədək dövlət xidmətlərini “ASAN xidmət” modeli əsasında modernləşdirməyi hədəfləyir

Fransalı basketbolçu NBA-da iki şəxsi rekordunu yeniləyib

Nazir: Vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır

Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı 40-a çatıb

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəlir

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

Mərkəzi Bank “Binance” şirkəti ilə real aktivlərin tokenləşdirilməsi imkanlarını müzakirə edib

® Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib

Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər VİDEO

Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər VİDEO

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib

Azərbaycanın Zəfər Günü İsraildə qeyd olunub

Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir

Fransa 2026-cı ilin büdcəsində 3,8 milyard avroluq vəsaiti ləğv edir

Səudiyyə Ərəbistanı mediasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Nazir müavini: Əhalimizin real gəlirləri 3,7 faiz artıb

ABŞ-nin neft ehtiyatları azalır

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib

Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin VİDEO

Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin VİDEO

Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Fransa bankına kiberhücum: 133 milyon dollardan çox vəsaitin mənimsənildiyi bildirilir

Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib

Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO