DƏVƏÇİ TERRASI BƏRPA EDİLİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi akademik Həsən Əliyevin 100 illik yubileyi ərəfəsində Dəvəçi terrasında meşəsalma tədbirləri keçirir. Azərbaycan təbiətinin mühafizəsi sahəsində böyük xidmətləri olan alim vaxtilə buranı yaşıllaşdırmaq təşəbbüsünü irəli sürmüş və onun həyata keçirilməsində iştirak etmişdi.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sözügedən bölgədə heyvandarlığın ekstensiv inkişafı nəticəsində bəzi sahələrdə yaşıllıqlar məhv olmuşdur. Nazirliyin əməkdaşları, “Rotari klub” xeyriyyə cəmiyyətinin və KİV-lərin nümayəndələri terrasda ekoloji tarazlığı bərpa etmək məqsədilə 4,5 hektar ərazidə 7 minədək Eldar şamı, tuya, sərv və iydə tingləri əkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]