Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Dəyirmi masa”da “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusu müzakirə edilib

Bakı, 25 noyabr, Maqsud Dadaşov, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda bu qurumla Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə türkdilli ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, aidiyyəti qurumların təmsilçiləri, ekspert və tədqiqatçı alimlər iştirak ediblər.

Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, tədbirin keçirilməsində məqsəd milli-mədəni irsin qorunması, türkdilli dövlətlərdə ortaq dilin inkişafı və qorunması istiqamətində görülən işlər və perspektiv imkanların öyrənilməsidir. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışan A.Mustafayeva diqqətə çatdırıb ki, 90 il əvvəl təşkil olunmuş bu tədbir türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilib, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanıb.

Prezident İlham Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xatırladan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva vurğulayıb ki, bu sənəd Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verir. Qurultay türkdilli xalqların mədəni əlaqələrinin inkişafını sürətləndirməklə onların mədəni inteqrasiyasında yeni mərhələnin başlanğıcını qoyub. Bu, öz növbəsində, digər sahələr üzrə əlaqələrin möhkəmləndirilməsinə şərait yaradıb, türkdilli xalqların mənəvi həmrəyliyinin formalaşmasına, türk birliyinin inkişafına müsbət təsirini göstərib. Qurultayda türkdilli xalqların tarixinin, mədəniyyətinin, ədəbiyyatının, dilinin, əlifbasının, etnoqrafiyasının elmi cəhətdən araşdırılmasına və inkişaf etdirilməsinə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Bunlardan biri kimi latın qrafikalı yeni əlifbaya keçidlə bağlı qərarı xüsusi vurğulamaq lazımdır. Latın qrafikalı əlifbanın tətbiqinə türkdilli respublikalar arasında ilk dəfə Azərbaycanda başlanılıb. Sonralar Sovet İttifaqı müxtəlif vasitələrlə bunun qarşısını alsa da, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə yaranan tarixi şərait yenidən latın qrafikalı əlifbaya keçidi şərtləndirib. Belə ki, 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi ənənələrimizin, milliliyimizin inkişafı məsələsini də daim diqqətdə saxlayıb. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət göstərən Ulu Öndər bununla bağlı fərmanlar, sərəncamlar imzalayıb və Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb.

Günay Əfəndiyeva diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində tariximizi əks etdirən yüzlərlə abidələr dağıdılıb, müxtəlif qədim əlyazmalar, incəsənət əsərləri, mədəni dəyərlər məhv edilib. Ermənistanın ölkəmizin ərazi bütövlüyünü pozmaqla Azərbaycanın mədəni irsini məhv etməsi bütövlükdə türk dünyasının tarixinə və mədəniyyətinə vurulmuş zərbədir. Ümidvaram ki, türkdilli dövlətlərin mədəni sahədə əməkdaşlığı, eləcə də Fondun bu istiqamətdə fəaliyyəti türk dünyasının tarixi-mədəni irsinin mühafizəsinə və dünyada tanıdılmasına, eyni zamanda, türk birliyinin möhkəmlənməsinə töhfə olacaq.

Birinci Türkoloji Qurultayın 90 il əvvəl Bakıda keçirilməsini türk dünyası tarixində önəmli hadisə kimi dəyərləndirən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun müvafiq istiqamətdəki fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, türkdilli ölkələrin əməkdaşlığının parlament ölçüsü olan TürkPA üzv dövlətlər arasında bu sahədə əməkdaşlığın inkişafına töhfə verir. Jandos Asanov deyib: “Katibliyin qərargahının daimi əsasda Bakıda yerləşdirilməsinin səbəbi odur ki, Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda yaradılıb. Azərbaycan çox qədim, zəngin siyasi və mədəni tarixə malikdir. Cari il dekabrın 22-də TürkPA-nın yeni inzibati binasının açılışı nəzərdə tutulub. Azərbaycan hökuməti TürkPA üçün müstəqil bina ayırıb”.

Hazırda türk xalqları arasında informasiya mübadiləsi sahəsində çatışmazlığın müşahidə olunduğunu bildirən TürkPA-nın baş katibi türk xalqlarının bir-biri haqqında məlumatları üçüncü tərəflər vasitəsilə əldə etdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, informasiya mübadiləsinin təmin edilməsi zəruridir.

Qırğızıstan parlamentinin təmsilçisi Müzeffer İsakov, Milli Məclisin deputatları Fazil Mustafa, Şəmsəddin Hacıyev, Aqil Abbas və başqaları birinci Türkoloji Qurultayı türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisə kimi dəyərləndiriblər. Qeyd edilib ki, qurultay türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın türk dünyasının elm-mədəniyyət mərkəzi kimi qəbul olunmasında mühüm rol oynayıb.

Sonda “Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti”, “Ortaq türk ədəbi əlaqələri”, “Azərbaycan-Türkiyə münasibətləri: tarix və müasirlik” və digər mövzularda məruzələr dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir