ELM VƏ TƏHSİL
DİM-də fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının iclasları keçirilib
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Fizika” və 11-ci sinif “Literatura” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.