DİN: 47 cinayətin açılması təmin edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 218, o cümlədən borclu şəxs qismində axtarışda olan 192, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 19 fakt müəyyən edilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 isə fakt müəyyən olunub. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 5 tüfəng, 2 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 20.11.2026 [11:51]
Xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb
- 20.11.2026 [11:33]
DSMF 10 ayda 1 milyon 155 min nəfərə müavinət və təqaüd ödəyib
- 20.11.2026 [11:13]
Alimlər malyariyaya qarşı 87 faiz effektiv peyvənd hazırlayıblar
- 20.11.2026 [10:32]
Ötən gün 79 cinayətin açılması təmin olunub
- 20.11.2026 [10:12]
Paytaxtda qış mövsümünə hazırlıqla bağlı müşavirələr başa çatıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
® ABB DAVR-a lisenziya verildi
- [10:48]
Qarakənd faciəsindən 35 il ötür
- [08:00]