DİNİ EKSPERTLƏR ŞURASI YARADILMIŞDIR
15 nəfərdən ibarət Şuranın Əsasnaməsi hazırdır. Şuranın tərkibi müntəzəm olaraq dəyişdiriləcək və Dövlət Komitəsi tərəfindən təsdiq ediləcəkdir.
Şura 4 istiqamətdə - sistemli dini maarifləndirmənin təşkili, müxtəlif dini icmaların sosial problemlərin həllinə cəlb olunması, dini konfessiyalar və müxtəlif təriqətlər arasında dini dözümlülüyün və konstruktiv əməkdaşlığın formalaşdırılmasına yardım, dini mövzularda yazan KİV-lərin fəaliyyətinin monitorinqi və bu barədə ictimaiyyətə məlumat verilməsi istiqamətlərində fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, Şuranın fəaliyyətinə teoloji ekspertizaların və ekspert rəylərinin hazırlanması, habelə dini təhsil müəssisələrində proqramlara və təhsilin keyfiyyətinə dair resenziyaların və ekspert rəylərinin tərtib olunması da daxildir. Dini Ekspertlər Şurasını dövlət-din qarşılıqlı münasibətləri konsepsiyasının hazırlanmasında iştiraka cəlb etmək də nəzərdə tutulmuşdur.
Şuraya üzvlər arasından seçilmiş sədr rəhbərlik edəcək, qurumun işini isə Dövlət Komitəsinin rəhbərliyi əlaqələndirəcəkdir.