Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DİNİ ETİQAD AZADLIĞI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Dini etiqad azdlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, (№ 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 8, maddə 684; Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.8-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafliq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.”.

2. 21-ci maddənin üçüncü, dördüncü və beşinci hissələri müvafiq olaraq dördüncü, beşinci və altıncı hissələr hesab edilsin, maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin