Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.3.2. səfir müavini, daimi nümayəndənin müavini, baş konsul;”;

2. 6.3.3-cü maddədən “, daimi nümayəndənin müavini” sözləri çıxarılsın;

3. 13.4-cü maddə üzrə:

3.1. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir.”;

3.2. üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2013-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin