Azərbaycan Dövlət İnformasiya Agentliyi

“DİPLOMATİK XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2009-cu il

30 iyun tarixli Qanunu ilə təsdiq

edilmişdir

1. “Diplomatik xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir:

1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

1.3. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə;

1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.

2. “Diplomatik xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin