DİPLOMATIN YUBİLEYİ
Qonaqlar gələcək fəaliyyətində səfirə uğurlar arzulayaraq, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində onun şəksiz xidmətlərini nəzərə çarpdırdılar. Bütün bunlar, şübhəsiz ki, tamamilə əsaslıdır. Çünki tanınmış kimyaçı alim, akademik Ramiz Rizayev diplomat kimi də böyük nüfuz qazanmışdır. Rusiyada diplomatik missiyasını yerinə yetirdiyi illərdə o, ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət xəttini uğurla həyata keçirmişdir. Rusiya hakimiyyət nümayəndələrinin sözlərinə görə, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin dinamik və yüksələn xətlə inkişafında ölkəmizin Rusiya Federasiyasındakı səfiri Ramiz Rizayevin də xidmətləri böyükdür.
R.Rizayevin Rusiya paytaxtında akkreditə edilmiş diplomatik korpusun duayeni seçilməsi onun diplomatik dairələrdə böyük nüfuza malik olmasından xəbər verir.
Ramiz Rizayev səmimi təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, inkişafı və möhkəmlənməsi üçün misilsiz iş görmüş ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Rusiya-Azərbaycan münasibətlərinin bu gün yüksək səviyyədə olduğunu vurğuladı. Səfir bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının tərəqqisinə yönəldilmiş bu xətti uğurla davam etdirir.