DİPLOMATLAR ÜÇÜN KONSERT
AZƏRTAC xəbər verir ki, “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyi xarici ölkələrin Bakıdakı səfirliklərin əməkdaşlarının arzusunu nəzərə alaraq, kamera musiqisi konserti təşkil etmişdir.
Bakı Musiqi Akademiyasının müəllimləri Məleykə Əhədzadənin (skripka) və Kəmalə Neymanovanın (piano) ifa etdikləri klassik əsərləri diplomatlar böyük maraqla qarşılamışlar.