Dmitri Roqozin Donetskdə yaralanıb
Moskva, 22 dekabr, AZƏRTAC
Rusiya Dövlət Kosmik Fəaliyyət Korporasiyasının (Roskosmos) keçmiş rəhbəri Dmitri Roqozin Donetskdə yaralanıb.
AZƏRTAC xəbər verir ki, D.Roqozinin doğum gününü qeyd etdiyi Donetskdəki “Şeş-Beş” restoranının atəşə tutulması nəticəsində 2 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir.
D.Roqozin başından və ayağından qəlpə yaraları alıb.
Qeyd edək ki, D.Roqozin “Roskosmos”un rəhbəri vəzifəsindən azad olunduqdan sonra Donetskə gedərək hərbi müşavirlər qrupuna rəhbərlik edirdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]