DOĞUM EVİNİN ƏSASLI TƏMİRİ BAŞA ÇATMIŞDIR
Şirvan, 3 mart (AZƏRTAC). Səhiyyə Nazirliyinin sifarişi ilə Şirvan şəhərinin 140 yerlik doğum evində müasir standartlara cavab verən əsaslı təmir işləri başa çatmışdır.
Səhiyyə ocağının tamamilə yenidən qurulmuş xidmət bölmələri yeni avadanlıqla təmin edilmişdir. Binada quraşdırılmış lift xəstələrin müəssisədə rahat yerləşdirilməsinə imkan yaradacaqdır. Doğum evinin martın ortalarında yenidən istifadəyə verilməsi nəzərdə tutulur. Keçən il şəhər mərkəzi xəstəxanasının uşaq yoluxucu xəstəlikləri və cərrahi şöbələrində də əsaslı təmir aparılmış, şəhər təcili yardım stansiyasına "Mersedes" markalı 4 müasir tipli avtomobil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]