DÜNYA
Donald Tramp noyabrın 8-10-da Çində səfərdə olacaq
Pekin, 2 noyabr, AZƏRTAC
ABŞ prezidenti Donald Trampın Çinə səfəri zamanı iki ölkə arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan bəyan edib. O, Birləşmiş Ştatlar prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti əsasında noyabrın 8-dən 10-dək Çində dövlət səfərində olacağını bildirib.
Lu Kan Çinin Donald Trampın səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni və güclü təkan vermək baxımından uğurlu keçməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu deyib.
Qeyd edək ki, D.Tramp Çinə Asiya turnesi çərçivəsində səfər edəcək. ABŞ Prezidenti turneyə noyabrın 5-də Yaponiya səfəri ilə başlayacaq. O, daha sonra Koreya Respublikasına, noyabrın 8-də isə Çinə səfər edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]
Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir
- 04.05.2024 [13:51]
Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb
- 04.05.2024 [12:57]
Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək
- 04.05.2024 [12:48]
Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
- 04.05.2024 [12:39]
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
- 04.05.2024 [12:26]
ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib
- 04.05.2024 [12:17]